Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 00:00

“ABŞ-ın nüvə düyməsi Şimali Koreyakından çox böyükdür”


Donald Trump

ABŞ prezidenti Donald Trump yanvarın 2-də Şimali Koreya lideri Kim Jong Un-un nüvə düyməsiylə bağlı dediklərinə cavab verib. Kim deyirdi ki, nüvə düyməsi masasının üstündədir.

Şimali Koreya lideri Kim Jong Un deyir ki, nüvə düyməsi həmişə masası üstündədir. Tükənmiş, ərzaq qıtlığı çəkən rejimində kimsə onu xəbərdar etsin ki, mənim də nüvə düyməm var və onunkundan çox böyük və güclüdür və mənim düyməm işləyir”, – Trump Twitter-də yazıb.

Kim Yeni il müraciətində xəbərdarlıq edib ki, nüvə silahları Birləşmiş Ştatları bütünlükdə əhatələyə bilər, ancaq bu silahlardan yalnız Pxenyanın təhlükəsizliyinə hədə yaranarsa, istifadə edəcək.

Kim həmçinin Cənubi Koreyayla danışıqların bərpasına, ölkəsinin gələn ay Pxençanda Qış Olimpiya oyunlarında iştirakda maraqlı olduğunu dilə gətirib.

Trump tərəflər arasında danışıqların bərpasına skeptik yanaşdığını deyib. Ancaq Cənubi Koreya yanvarın 9-da Pxenyanla yüksək səviyyəli danışıqlar keçirilməsini təklif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG