Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 08:17

BBC-nin Çin üzrə redaktoru Pekindəki vəzifəsindən istefa verib, bunu BBC-də qadınlar və kişilərin maaşlarındakı fərqin qalmasıyla izah edib.

2017-ci ildə BBC-də ən çox qazananların siyahısı açıqlananda ən çox qazananların üçdə ikisinin kişilər olduğu üzə çıxmışdı. Carrie Gracie-nin istefası da bununla əlaqədardır.

BBC-də 30 il çalışmış Gracie vebsaytında yerləşdirdiyi bəyanatda bildirir ki, bosslarla maaş bərabərsizliyi ilə savaşarkən daha işini yüksək səviyyədə görə bilmir.

Gracie öyrənib ki, BBC-nin dörd beynəlxalq redaktorundan ikisi (hər ikisi kişidir) qadın həmkarlarından azı 50 faiz çox qazanırlar. O, özü üçün daha çox pul istəmədiyini, BBC-nin bərabər işə görə bərabər ödəniş tələb edən qanunvericiliyinə əməl olunmasını tələb etdiyini söyləyib.

“BBC problemi etiraf etməli, üzr istəməli və bərabər, ədalətli və şəffaf ödəniş strukturu qurmalıdır”, – Gracie yazıb.

BBC-nin sözçüsü şirkətin bərabər maaş sisteminə sadiqliyini bir daha dilə gətirib, canlı yayımda çalışan əməkdaşlara ödənişlərlə bağlı ayrıca hesabatın “yaxın gələcəkdə” yayılacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG