Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:46

Rusiyanın yeddi idmançısı çempionata buraxılıb


Elena Nikitina

Rusiyanın yeddi bobsley və skeleton atleti Dünya Kuboku yarışlarına buraxılıb. Daha öncə dopinq qaydalarının pozulmasına görə onların olimpiya oyunlarında iştirakı ömürlük yasaqlanmışdı.

Yanvarın 4-də İdman üzrə Arbitrasiya Məhkəməsi Aleksandr Tretiakov daxil olmaqla yeddi idmançı barədə qərarını açıqlayıb. Tretiakov 2014-cü ildə Rusiyada keçirilən olimpiya oyunlarının skeleton çempionu olmuşdu. Ancaq o vaxtda diskvalifikasiya olunub və Beynəlxalq Olimpiya Komitəsi onu medaldan məhrum edib.

Beynəlxalq Bobsley və Skeleton Federasiyası məhkəməni rusiyalı idmançılara şərti qadağa qoymağa çağırmışdı. Ancaq məhkəmə bu məsələdə yurisdiksiyasının aydın olmadığını bildirib. Arbitrasiya Məhkəməsinin işi götürməməsi o deməkdir ki, Tretiakov və Soçidə qadınlar arasında skeleton üzrə bürünc medalçı Yelena Nikitina yanvarın 5-də Almaniyada başlanan Dünya Kuboku yarışlarına qatıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG