Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 07:39

20 Yanvarla bağlı tədbirlər planı təsdiqlənib


Bakı. 20 yanvar 2017

20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib.

Xəbəri AZƏRTAC yayıb.

Planda 20 Yanvar hadisələrinə görə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sənəddə, bu hadisələrin mahiyyəti barədə beynəlxalq birliyi məlumatlandırmaq məqsədilə müxtəlif dillərdə materiallar hazırlanması tövsiyə edilir.

Habelə, planda qeyd edilir ki, yanvarın 20-si saat 12:00-da bütün ölkədə həmin vaxt həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilməlidir.

Tədbirlər planı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiqlənib.

Xatırlatma

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakıda qırğın törədib. Bu hadisələr nəticəsində 135 nəfər həlak olub, 700-dən çox insan yaralanıb. 1000-dən çox şəxsin isə həbs edildiyi bildirilir.

O vaxtdan hər il yanvarın 20-si Azərbaycanda faciə qurbanlarının anım mərasimləri keçirilir. Həmin hadisələrdə həlak olanlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizlər kimi dəyərləndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG