Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 01:20

Rusiya xizəkçilərinə federasiya sanksiya qoymayıb


Rusiyalı xizəkçilər Tatyana Ivanova (soldan), Albert Demchenko, Vladislav Antonov və Alexander Denisyev

Beynəlxalq Xizək Federasiyasi rusiyalı atletlərə sanksiya qoymayıb. Bunu federasiya yanvarın 2-də açıqlayıb. Qeyd edək ki, rusiyalı xizəkçilər Soçi olimpiadasında dopinq qaydalarının pozulmasına görə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sanksiyaları ilə üzləşiblər.

Tatyana Ivanova və Albert Demchenko 2014-cü il olimpiadasında gümüş medal alıblar. Ötən ay BOK onları olimpiya oyunlarında iştirakdan ömürlük məhrum etdiyini açıqlayıb və Soçidə qazandıqları medalların da qaytarılmasını tələb edib.

Amma xizək federasiyasının intizam komitəsi toplantısından sonra bildirib ki, həmin xizəkçilərin dopinq qəbul etməsini “tam əminliklə söyləyə bilməz”.

Ancaq federasiyanın qərarı heç də BOK-un qərarının ləğvi demək deyil, yəni atletlər gələn ay Cənubi Koreyada keçiriləcək oyunlara qatıla bilməyəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG