Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 04:37

Moskvanın Kutuzov prospektində, “Slavyanskiy bulvar” metrostansiyası yaxınlığında avtobus yeraltı piyada keçidinə girib. İlkin məlumatlara görə, dörd nəfər həlak olub, 15 nəfər xəsarət alıb.

“İnterfax” agentliyi xəbər verir ki, avtobus səkiyə çıxaraq bir neçə nəfəri vurub, daha sonra yeraltı keçidə girərək pilləkənə ilişərək dayanıb.

TASS agentliyi mənbəyə istinadla bunun sərnişin avtobusu olduğunu yazır.

Hadisə yerində fövqəladə xidmət əməkdaşları işləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG