Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:40

150-dən çox xizəkçi xilas olunub


Arxiv fotosu

Fransada Alp dağlarında 50-dən çox xizəkçi bir neçə saat kanat xəttində qalandan sonra xilas edilib. Hadisə Qrenobl yaxınlığındakı Şanrus kurortunda baş verib.

Əməliyyat iki saat çəkib və xəsarət alan olmayıb.

Kanat yolunun xarab olması səbəbi bəlli deyil. Bu kanat Şanrus kurortunu Croix Chamrousse zirvəsiylə birləşdirir.

Əməliyyatda iki vertolyot iştirak edib, xilasedicilər xətdə qalmış kabinələrə enərək xizəkçilərin iplərlə 25 metr aşağıdakı dağların ətəyinə enməsinə yardımçı olublar.

Milad bayramında və hava yaxşı keçəndə bu ərazidəki kurortlar turistlə dolu olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG