Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:03

BMT Pxenyana yeni sanksiyaları səsə qoyacaq


Şimali Koreyada antiamerikan posteri, 1950-ci il
Şimali Koreyada antiamerikan posteri, 1950-ci il

Dekabrın 22-də BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya yeni sanksiyaları səsə qoyacaq. Bu sanksiyalar nəticəsində Pxenyanın neft idxalının kəskin azalacağı, xaricdə çalışan işçilərinin bir il ərzində ölkələrinə qayıdacağı, gəmiçiliyin ciddi təsirə məruz qalacağı gözlənir.

SANKSİYALARDA NƏ VAR

Yeni sanksiyaları Birləşmiş Ştatlar təklif edib, ancaq onlar prezident Donald Trump Administrasiyasının bu yaxınlarda tələb etdiyi kimi sərt deyil. BMT-dəki ABŞ rəsmiləri Pxenyana neft idxalına tam qadağa qoyulmasına, Şimali Koreya hökumətinin beynəlxalq sərvətinin dondurulmasına çağırırdılar.

Qətnamə layihəsinə görə, xam neft idxalı ildə 4 milyon barrelə salınır, dizel yanacağı və kerosin kimi emal olunmuş neft idxalı isə indiki 2 milyon barreldən ildə 500 min barrelə endirilir.

Bu sanksiyalar əsasən, iki ölkəyə təsir göstərəcək. Şimali Koreyanın neftinin çoxunu Çin verir. Rusiyada isə qonaq fəhlə proqramı çərçivəsində Şimali Koreyadan 35 min fəhlə çalışır. Çinin də Şimali Koreya üçün qonaq fəhlə proqramı var.

ABŞ dövlət katibi Rex Tillerson ötən həftə BMT-nin iclasınsa Rusiya və Çini Pxenyanla münasibətlərə görə kəskin tənqid edib. O deyib ki, Moskvanın Şimali Koreyanın işçi qüvvəsindən istifadəsi və Çinin bu ölkəyə neft verməsi beynəlxalq sanksiyaları pozur.

*** Buna da bax: McMaster Pxenyanın nüvəsizləşdirilməsindən danışır

Yeni sanksiyaların hədəfi Şimali Koreyanın nüvə silahları və ballistik raket proqramlarının maliyyə mənbəyini daraltmaqdır. Bu il Pxenyan dəfələrlə nüvə silahı sınağı keçirib və ekspertlərin fikrincə, o, dünyanın yarısını əhatələyəcək ölümcül silahlar hazırlamaq üzrədir.

ÇİN NECƏ SƏS VERƏCƏK

Medianın yazdığına görə, yeni qətnamə layihəsi dekabrın 21-də BMT Təhlükəsizlik Şurasının 15 üzvünə paylanıb.

Hələlik, Çinin necə səs verəcəyi bəlli deyil. Amma indiyədək Pxenyana yeni sanksiyalarla bağlı şuranın bütün üzvləri dərhal razılığa gələ bilməyib, öncə Pekinlə Vaşinqton onları razılaşdırmalı olub.

Sanksiya siyahısında Şimali Koreyadan ərzaq, maşın hissələri və digər məhsulların ixracına da qadağalar var.

Qəbul olunarsa, bu, 2006-cı ildən bəri Şimali Koreyaya raket və nüvə proqramlarına görə yeni sanksiyalar qoyan 10-cu qətnamə olacaq.

*** Buna da bax: ABŞ 'WannaCry' kiberhücumunda Şimali Koreyanı suçlayır

Qətnamə Pxenyanı bir daha Koreya yarımadasının nüvəsizləşdirilməsiylə bağlı altı-tərəflik danışıqlara qoşulmağa çağırır.

Birləşmiş Ştatlar ötən ay Şimali Koreya rəhbərliyinə xəbərdarlıq edib ki, müharibə başlarsa, “tamamilə məhv olar”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG