Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:14

McMaster Pxenyanın nüvəsizləşdirilməsindən danışır


H.R. McMaster

Birləşmiş Ştatlar “gərəkərsə, Şimali Koreyanı nüvəsizləşməyə məcbur etməyə hazır olmalıdır”. Bunu Ağ evin milli təhlükəsizlik müşaviri H.R. McMaster deyib.

McMaster-in BBC-yə müsahibəsi dekabrın 19-da internetdə yayılıb. Bu, bir daha göstərir ki, Birləşmiş Ştatlar Pxenyanın nüvə və raket proqramlarının yaratdığı təhlükəni dəf etməkdən ötrü müəyyən məqamda gücdən istifadəyə hazırdır.

Birləşmiş Ştatlar Şimali Koreyayla qarşıdurmanın dinc yolla həllinə sadiqdirmi? Bu sualı McMaster belə cavablandırıb: “Həllə sadiqik. Biz dinc yolla həllə tərəfdarıq, ancaq prezident Donald Trump-ın dediyi kimi, bütün variantlar masanın üstündədir”.

McMaster Şimali Koreyanı “yer üzündəki bütün sivil əhaliyə ciddi təhlükə” adlandırıb.

Pxenyan BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq dəfələrlə nüvə və raket sınaqları keçirib. Trump isə Birləşmiş Ştatların, təhrik olunarsa, Şimali Koreyanı dağıda biləcəyi ilə hədələyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG