Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 08:48

ABŞ 'WannaCry' kiberhücumunda Şimali Koreyanı suçlayır


"WannaCry" virusu 150 ölkədə 300 mindən çox kompüteri vurub

ABŞ prezidenti Donald Trump administrasiyası mayda dünyada kompüterləri yoluxdurmuş reket virus hücumuna görə Şimali Koreyanı günahlandırır.

“Bu hücumun miqyası böyük idi və milyardlara başa gəldi. Şimali Koreya buna görə birbaşa məsuliyyət daşıyır”, – ABŞ daxili təhlükəsizlik müşaviri Tom Bossert dekabrın 18-də “Wall Street Journal”da dərc olunmuş məqaləsində yazıb.

Bossert Şimali Koreyanın çox pis davrandığını, ABŞ-ın tapıntılarını Böyük Britaniya, Microsoft və digərlərinin təsdiqlədiyini yazıb.

Bossert qeyd edib ki, Trump administrasiyası Pxenyanın kiberhücumlarını məhdudlaşdırmaqdan ötrü maksimum təzyiq strategiyasından yararlanacaq.

Pxenyan indiyədək belə hücumları gerçəkləşdirdiyini danıb.

WannaCry virusu 150 ölkədə 300 mindən çox kompüteri vurub, rəqəmsal sənədləri, faylları ələ keçirib, qaytarmaq üçün fidyə istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG