Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:48

Dekabrın 21-də Kataloniyada seçki keçirilir. Region müstəqillik referendumundan sonra İspaniyadan ayrıldığını elan edincə Madrid hökuməti bu günə seçki təyin etmişdi.

Bu səsvermədə Kataloniyanın müstəqilliyini istəyən partiyalarla bunun əleyhinə çıxanlar qarşı-qarşıya durublar. Rəy sorğuların hər iki cəbhənin şanslarının bərabər olduğunu üzə çıxarıb.

Müşahidəçiləri seçkiyə gedənlərin sayının yüksək olacağını gözləyirlər.

Oktyabrın sonunda separatçılar müstəqilik elan edəndən sonra İspaniya mərkəzi hökuməti Kataloniyanın muxtariyyətini dayandırıb, regional hökuməti işdən çıxarıb və seçki çağırıb.

Oktyabr referendumunda seçicilərin 90 faizi müstəqilliyin lehinə səs vermişdi, amma səsverməyə elektoratın yarıdan da azı getmişdi.

İspaniya prokurorları Kataloniyanın 13 separatçı siyasətçisini ayırıcalıqda və qiyamda ittiham edib. Onların içində bölgənin prezidenti Carles Puigdemont və dörd naziri var, hamısı Belçikaya qaçıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG