Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:17

Bir il öncə öldürülmüş səfiri anırlar


Andrei Karlov-un xatirə lövhəsi

Bir il öncə Ankarada qətlə yetirilmiş rusiyalı səfirin anım mərasimi keçirilib, mərasimə Rusiyanın xarici işlər naziri Sergei Lavrov sədrlik edib.

Dekabrın 19-da Lavrov mərhum səfir Andrei Karlov Moskvada vaxtilə yaşadığı binanın fasadında onun xatirə lövhəsini açıb.

Lavrov deyib ki, Karlov diplomat vəzifəsini yerinə yetirərkən öldürülüb. “Bu mərasim onun xatirəsinin əbədiləşdirilməsi yönündə daha bir addımdır”, – xarici işlər naziri deyib.

Karlov Ankarada foto sərgisində çıxış edərkən güllələnib. Ona atəş açan “Hələbi unutmayın!” şüarını səsləndirib.

Mərasimdə keçmiş səfirin qohumları, Xarici İşlər Nazirliyinin və Moskva şəhər meriyasının rəsmiləri, eləcə də pravoslav keşiş iştirak edib.

Səfirin qətli Rusiya-Türkiyə münasibətlərinə elə də ciddi təsir göstərə bilmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG