Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Trump milli təhlükəsizlik strategiyasını açıqlayacaq


Xi Jinping (sağda) və Donald Trump Pekində görüş zamanı, 9 noyabr, 2017-ci il
Xi Jinping (sağda) və Donald Trump Pekində görüş zamanı, 9 noyabr, 2017-ci il

ABŞ prezidenti Donald Trump dekabrın 18-də milli təhlükəsizlik strategiyasını açıqlayacaq. Ölkə rəsmilərinin sözlərinə görə, prezidentin Çinlə bağlı sərt mövqe ortaya qoyacağı gözlənir.

Xəbər agentlikləri ABŞ rəsmilərinə istinadla yazırlar ki, Bakı vaxtıyla gecə 11-ə gözlənən çıxışda Trump-ın “Öncə Amerika” siyasətinə diqqət ayrılacaq, prezident Çini əsas rəqib kimi göstərərək, onu “iqtisadi işğal”da suçlayacaq.

*** Buna da bax: Trump Rusiyanın Şimali Koreya məsələsində kömək etmədiyini deyir

TƏDBİRLƏRİN BAŞLANĞICI

ABŞ lideri zaman-zaman Çin prezidenti Xi Jinping-i gen-bol tərifləyib, amma Pekindən müttəfiqi Şimali Koreyaya ballistik raketləri və nüvə silahlarından dolayı təzyiq göstərməyi xahiş edib. Trump Çini ədalətsiz ticarətdə ittiham edib.

“Milli təhlükəsizlik strategiyası çinlilərə qarşı bir sıra iqtisadi tədbirlərin başlanğıcıdır”, – “Financial Times” qəzeti Bush administrasiyasının keçmiş rəsmisi Michael Allen-ə istinadla yazır.

Bəzi tənqidçilərin fikrincə, Çinlə bağlı daha aqressiv yanaşma bu Asiya nəhəngiylə ziyanlı ticarət müharibəsinə aparar.

*** Buna da bax: Çinin dünyanı idarə etmək planı

Həftəsonu təhlükəsizlik strategiyası üzərində hələ də iş gedirdi. ABŞ prezidenti Ronald Reagan-dan üzü bəri bu postu tutmuş hər bir şəxs hər dörd ildən bir həmin sənədi hazırlayıb.

“RƏQABƏTƏ YER AÇDIQ”

Bir rəsminin sözlərinə görə, Trump sələfi, demokrat prezident Barack Obama-nın bir bəyanatına da əks mövqe sərgiləyəcək. Obama deyirdi ki, iqlim dəyişikliyi milli təhlükəsizliyə hədədir.

Trump-ın milli təhlükəsizlik müşaviri H.R. McMaster dekabrın 12-də açıqlayıb ki, strategiyada ABŞ-ın okeanın o tayında hərbi və iqtisadi gücünün ortaya qoyulması, Çinlə Rusiyanın önlənməsi, İranla Şimali Koreyanın nüvə hədələrinin əngəllənməsinə diqqət ayrılacaq.

“Son illər bir sıra sahələrdə rəqabətə yer açdıq və status kvonu dəyişməyə çalışan ölkələrə imkanlar yaratdıq”, – McMaster deyib.

*** Buna da bax: Trump-dan Çinə Pxenyan çağırışı

Rəsmilərin sözlərincə, strategiyanı McMaster və onun müavini Dina Powell formulə edib. Sənədin qlobal rəqabət üzrə ekspert Nadia Schadlow-nun yazdığı bildirilir. Schadlow sənədi hazırlarkən Trump-la şəxsən görüşüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG