Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:00

Trump Rusiyanın Şimali Koreya məsələsində kömək etmədiyini deyir


ABŞ prezidenti Donald Trump deyib ki, o Şimali Koreyanın özünün nüvə proqramından əl çəkməsi üçün Pxenyanın üzərinə təzyiq göstərmək istiqamətində Rusiyanın əməkdaşlığını qənaətbəxş saymır.

Dekabrın 15-də Ağ Evin qarşısında müxbirlərlə danışan Trump deyib: “Çin kömək edir, Rusiya kömək etmir. Biz Rusiyanın kömək etməsini istərdik. Bu çox mühümdür”.

Bu bəyanatdan bir neçə saat əvvəl Trump Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti etmişdi. Rusiya rəsmiləri deyiblər ki, bu söhbət zamanı Trump-ın təşəbbüsü ilə Şimali Koreya məsələsi müzakirə olunub.

Trump habelə deyib ki, Putin onun ABŞ iqtisadiyyatı sahəsindəki fəaliyyətini təqdir edib, “amma başqa yerlərdə baş verənlər haqqında neqativ şeylər də deyib”.

Trump deyib: “Amma birinci məqsəd Şimali Koreya barədə danışmaq idi, çünki biz Şimali Koreyada onun köməyini çox istəyirik”.

Trump-ın şərhindən dərhal sonra dövlət katibi Rex Tillerson BMT Təhlükəsizlik Şurasında Moskvanı tənqid edib.

Tillerson deyib: “Şimali Koreyanın əməkçi miqrantlarının öz daxilində qul şəraitində işləməsinə və onların maaşlarının nüvə proqramlarına xərclənməsinə imkan yaratması Rusiyanın sülh işində etibarlı partnyor olmasını sual altına alır”.

Dövlət katibi habelə Şimali Koreyanın neft emalı zavodlarına “davam edən neft axınlarını” xatırladaraq Çinin də böhranın çözülməsindəki “səylərini” sual edib.

Tillerson deyib: “Burdakı bütün ölkələri Koreya yarımadasının tam və etibarlı nüvəsizləşdirilməsinə nail olunması işində birgə səylərimizə qoşulmağa çağırırıq”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG