Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:04

Trump-dan Çinə Pxenyan çağırışı


Xi Jinping (solda) və Donald Trump

Pekində səfərdə olan ABŞ prezidenti Donald Trump Çini Şimali Koreyanın nüvə məsələsində nüfuzundan istifadə etməyə çağırıb. Trump ikitərəfli ticarətin Birləşmiş Ştatlar üçün ədalətsiz olduğunu da vurğulayıb.

Noyabrın 9-da çinli həmkarı Xi Jinping-lə birlikdə çıxış edib. O, ABŞ və Çin firmaları arasında 250 milyard dollarlıq ticarət razılaşmasının imzalandığını elan edib.

Pxenyan son aylar qitələrarası ballistik raketlər sınaqdan keçirib, altıncı nüvə partlayışını gerçəkləşdirib.

Trump Xi-nin Şimali Koreyaya nüvə silahlarıyla bağlı təzyiq göstərməsini istəyir.

“Çin bu problemi tez və asanlıqla yoluna qoya bilər”, – deyən Trump Pekini Pxenyanla maliyyə əlaqələrini kəsməyə çağırıb. O, Rusiyadan da kömək istəyib.

Çin Pxenyanın əsas müttəfiqi və ticarət tərəfdaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG