Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:35

Ukraynanın başı bəladan ayrılmır


NABU direktoru Artem Sytnyk (solda) və baş prokuror Yuriy Lutsenko
NABU direktoru Artem Sytnyk (solda) və baş prokuror Yuriy Lutsenko

Bu günlər Ukraynada baş verənlər yenidən dünyanın diqqət mərkəzinə keçib. Bu dəfə söhbət Gütcüstanın keçmiş prezidenti Mikheil Saakashvilidən getmir.

Ötən gecə fəallar və islahatçı deputatlar ziddiyyətli qanun layihəsinin parlament baxışına çıxarılmasını əngəlləməyə çalışıblar. Onların fikrincə, bu qanun qəbul olunarsa, müstəqil təhqiqat agentliyi darmadağın olar, başçısı da işdən çıxarılar.

Dekabrın 7-si səhərədək onlar qərbdəki müttəfiqlərə dəfələrlə zəng edərək dəstək istəyiblər. Axır ki, kiçik qələbə qazanıblar: hər halda, qanun bu günlük Verkhovna Rada-nın gündəliyinə salınmayıb.

*** Buna da bax: Saakashvili təslim olmayacağını deyir

POROSHENKO-NU NƏDƏ SUÇLAYIRLAR

Bu ziddiyyətli qanun layihəsini prezident Petro Poroshenko-nun və keçmiş baş nazir Arseniy Yatsenyuk-un partiyalarından olan deputatlar hazırlayıblar. Qanun qəbul olunarsa, Milli Antikorrupsiya Bürosunun (NABU) rəhbəri Artem Sytnyk işdən çıxarılacaq.

Tənqidçilər Poroshenko-nu islahatları əngəlləməyə çalışmaqda suçlayırlar.

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı dekabrın 6-d gecə bildiriblər ki, Ukraynada antikorrupsiya qurumlarına hücumlardan narahatdırlar.

Bu iki qurum Ukraynaya Avromaydan etirazlarından sonra 40 milyard dollarlıq kredit ayırmış maliyyəçilər arasındadır. Amma BVF milyardlarla dolları köçürtməyi yubadır, Kiyevin islahat öhdəliklərini yerinə yetirmədiyini bildirir.

Ukrayna ruhunu korrupsiyaya qurban verirsə, Donbasda bədəni uğrunda vuruşmasının mənası yoxdur”, – ABŞ-ın dövlət katibi Rex Tillerson dekabrın 4-də verdiyi bəyanatda deyib.

Hazırda ölkənin şərq hissəsində rusiyapərəst separatçılarla hökumət qüvvələrinin mübarizəsi gedir.

*** Buna da bax: ABŞ Ukraynadan narahatdır

BAŞ PROKUROR ƏMƏLİYYATI POZDU

NABU-nun yaradılması Avromaydan hərəkatının ən böyük uğurlarından sayılırdı. Tərəfdarları deyirlər ki, bu agentliyin süqutu əsl antikorrupsiya islahatının sonu demək olar.

Qanunvericilik NABU ilə Baş Prokurorluq arasında uzun sürən münaqişə nəticəsində ortaya atılıb.

Ötən həftə baş prokuror Yuriy Lutsenko şübhəli korrupsioner rəsmiləri və parlament üzvlərini saxlamağı hədəfləyən əməliyyatda NABU agentini ifşa edib, yeddi aylıq əməliyyat pozulub. NABU Dövlət Miqrasiya Xidmətində şübhəli korrupsiyanı önləmək istəyirdi.

Lutsenko NABU-nun hüquqi səlahiyyətini aşdığını iddia edib.

Parlamentdə yeni qanunun müzakirəsinə qarşı çıxan fəallar və deputatlar sosial mediada bir-birini dəstəkləyib, #savenabu, #supportnabu, #standfornabu haştaqları yaradıblar.

Qanun layihəsinə parlamentin gündəmindən çıxarılınca, NABU bəyanat verərək Ukraynanın beynəlxalq müttəfiqlərinə korrupsiyayla mübarizədə dəstəyə görə təşəkkür edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG