Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 08:38

ABŞ Ukraynadan narahatdır


Heather Nauert

ABŞ Dövlət Departamenti Ukraynanın korrupsiyayla mübarizə öhdəliyi üzrə geriləməsindən narahatdır.

Korrupsiyayla mübarizə, ədliyyə sistemində islahatlar Ukraynanın kredit əldə etməsi, Avropa Birliyi, Birləşmiş Ştatlar və Beynəlxalq Valyuta Fonduyla daha sıx münasibətlər qurmasından ötrü vacib tələb kimi qoyulmuşdu.

Dövlət Departamentinin sözçüsü Heather Nauert dekabrın 4-də bildirib ki, son baş verənlər Ukraynanın korrupsiyayla mübarizə öhdəliyi ilə bağlı suallar doğurur. O, həmin hadisələr sırasında “yüksək səviyyədə korrupsiyanın araşdırılmasının pozulmasını, Milli Antikorrupsiya Bürosu (NABU) rəsmilərinin həbsini, NABU-dan həssas faylların müsadirəsini” sadalayıb.

Ötən ay Ukraynanın Miqrasiya Xidmətində korrupsiyayla bağlı araşdırmaya əngəl yaradılıb. NABU bildirirdi ki, apreldə miqrasiya xidmətinin xaricilərə Ukrayna vətəndaşlığı, pasport və yaşayış izni verilməsində rüşvət alması iddialarını araşdırmağa başlayıb.

NABU miqrasiya xidmətinin rəsmilərindən birinin saxlanmasından ötrü agent göndərib, amma agenti Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları həbs edib.

Nauert bəyanatında bildirib ki, bu hərəkətlər müstəqil antikorrupsiya qurumlarına zərbə vurur.

Günün bütün mövzuları

XS
SM
MD
LG