Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:52

Erdoğan Yunanıstana tarixi səfər edir


R.T.Erdoğan
R.T.Erdoğan

Dekabrın 7-də Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın Yunanıstana tarixi səfəri başlayır. Son 65 ildə ilk dəfədir Türkiyə dövlət başçısı bu ölkəyə gedir. Bu səfər iki NATO müttəfiqinin münasibətlərinin heç də rahat getmədiyi bir dönəmə təsadüf edir.

Erdogan-ın Afinaya varid olmasından öncə Yunanıstan hökumətinin sözçüsü Dimitris Tzanakopoulos deyib ki, bu səfər “müstəsna əhəmiyyət daşıyır” və Afina “müstəsna konstruktiv müzakirələr” gözləyir.

Ancaq Tzanakopoulos Yunanıstan hökumətinin Erdogan-ın bəyanatıyla bir daha gündəmə gələn ərazi mübahisəsindən “narahat” olduğunu da dilə gətirib. Erdogan demişdi ki, Egey dənizində hava məkanının və suların bölünməsi “təkmilləşdirilməlidir”.

*** Buna da bax: Erdogan: “ABŞ Türkiyəni şantaj etməyə çalışır”

MİQRANT MƏSƏLƏSİ

Erdogan-ın sözçüsü Ibrahim Kalin Ankarada jurnalistlərə deyib ki, Türkiyə bu səfərin münasibətləri “inkişaf etdirəcəyinə və dərinləşdirəcəyinə” ümid edir. Onun sözlərinə görə, tərəflər miqrasiya məsələsinin “həllində böyük məsuliyyətlər götürüblər”.

Danışıqlarda qaçqın böhranına böyük diqqət ayrılacağı gözlənir. Egey dənizindəki yunan adaları Türkiyə sahillərindən keçib Avropa Birliyinə üz tutan miqrantlar üçün əsas yola çevrilib.

Gündəmdə regional münasibətlər, enerji və biznes sövdələşmələri, Ankara-nın AB-yə üzvlüyünün dalana dirənməsi, Egey dənizindəki ərazi iddiaları da var.

Gözlənir ki, Erdogan 2016-cı ilin uğursuz çevriliş cəhdindən sonra Yunanıstana qaçmış səkkiz türkiyəli əsgərin məsələsini qaldıracaq.

Əsgərlər Yunanıstandan sığınacaq istəyiblər. Yunanıstan Ali Məhkəməsi Türkiyənin ekstradisiya xahişini rədd edib, həmin şəxslərin Türkiyədə ədalətli mühakiməsinə zəmanət olmadığını əsas gətirib.

Uğursuz çevriliş cəhdindən sonra Türkiyədə on minlərlə adam ya həbs edilib, ya da işdən çıxarılıb. Bundan sonra Ankaranın AB-nin bir sıra üzvləri, ən çox da Almaniyayla münasibətləri pisləşib.

MÜBAHİSƏLİ MƏQAMLAR

Bəzi təhlilçilərin fikrincə, Erdogan Afina səfərindən yararlanaraq AB ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq.

*** Buna da bax: S-400-ün əsas işi 'sarayı qorumaq' olacaq

“Erdogan Avropa paytaxtlarının birindən AB-yə hücum variantını seçsə, bu, Yunanıstan hökumətinə ciddi problem yaradacaq, çünki Yunanıstan hökuməti buna cavab verməlidir”, – Afinadakı Beynəlxalq Münasibətlər İnstitutunda tədqiqat direktoru Constantinos Filis “Associated Press” agentliyinə deyib.

Bu iki ölkə arasında gərginlik mənbələri çoxdur. 1970-ci illərdən bəri üç dəfə müharibə etmək təhlükəsindən qurtulublar. Qarşıdurmanın kökündə duran məsələlər Egeydə ərazi iddiaları, Yunanıstanın şimal-şərqindəki müsəlman azlığı, Türkiyə hərbçilərinin şimali Kipri tutmasıdır.

“Bu məsələlərdən bəziləri, yəqin ki, döşəyin altında qalacaq. Məncə, Erdogan-ın Afinada keçirəcəyi bir neçə saat ərzində nə onun, nə də Yunanıstanın tarixi ziddiyyətləri, Egeydəki fikir ayrılıqlarını müzakirəyə çıxarma imtiyazı var”, – Filis belə deyib.

Erdogan baş nazir kimi 2004 və 2010-cu illərdə Yunanıstanda olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG