Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:08

Erdogan: “ABŞ Türkiyəni şantaj etməyə çalışır”


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdogan türkiyəli bankirin Nyu Yorkdakı məhkəməsini ölkəsinə qarşı “şantaj” və “qarayaxma” adlandırıb.

Türkiyə Halkbank-ının rəhbəri Mehmet Hakan Atilla hazırda ABŞ-da mühakimə olunur. O, İrana ABŞ sanksiyalarından yayınmaqda kömək etməkdə ittiham olunur.

Əslən azərbaycanlı olan Türkiyə-İran biznesmeni Reza Zarrab isə bu işdə əsas şahiddir.

“AKROBAT TAMAŞASI”

Erdogan deyir ki, bu məhkəmə Türkiyənin diqqətini yayındırmaqdan ötrü bir hiylədir, Vaşinqtonsa bu arada Suriyadakı kürd qruplarını möhkəmləndirmək planları qurur. Türkiyə həmin qrupları öz ərazisindəki silahlı separatçılarla müttəfiq “terrorçular” sayır.

“Türkiyənin Birləşmiş Ştatlara qarşı planları yoxdur, ancaq aydındır ki, Birləşmiş Ştatların bizə qarşı planları var”, – deyən Erdogan-ın fikrincə, İran sanksiyalarıyla bağlı məhkəmənin “hüquq, ədalət, yaxud ticarət heç bir bağlılığı yoxdur, bu, akrobat tamaşasıdır”.

Reza Zarrab
Reza Zarrab

ABŞ-da prokuror Joon H. Kim Türkiyənin bu işin siyasi motivli olmasıyla bağlı dediklərini “gülünc” adlandırıb.

Məhkəmədə şahidlik edən Reza Zarrab dekabrın 5-də deyib ki, o, istədiyini almaqdan ötrü rüşvət verməyə meyllidir.

Ancaq Zarrab Atilla-ya heç vaxt rüşvət vermədiyini, yaxud Atilla-nın ondan heç vaxt pul istəmədiyini də sözlərinə əlavə edib.

6 İLƏ 100-150 MİLYON DOLLAR

Zarrab cəzasının yumşaldılması əvəzində bəzi ittihamlarla bağlı təqsirini boynuna alıb. O, 2002-ci ildən 2016-cı ilin martınadək şəxsi mənfəətləri, sərfəli biznes sövdələşmələri və hökumət rəsmilərinin qorunması üçün xarici rəsmilərə, korporasiya təmsilçilərinə rüşvət verdiyini söyləyib.

O, 2010-2016-cı illərdə İranın ABŞ sanksiyalarından yayınmasını hədəfləyən qanunsuz sxemlərlə 100-150 milyon dollar qazandığını bildirib.

Razılaşma çərçivəsində Zarrab qanunsuz gəlirlərindən əl çəkməyə də razılaşıb. O, ifadəsində bildirib ki, məhkəmə bitən kimi girov müqabilindən azadlığa da buraxıla bilər.

Görünür, Zarrab-ın ifadəsi onun cəzasını yumşaldacaq. Əks halda, bu ittihamlar 130 ilədək həbs cəzası nəzərdə tutur.

Zarrab ABŞ hakimiyyətə razılıq verəndən sonra Türkiyədə onunla bağlı olduğu bildirilən 17 nəfər saxlanıb.

Saxlananlardan bəziləri Zarrab-ın işinə kömək məqsədiylə Birləşmiş Ştatlara sənədlər göndərməkdə suçlanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG