Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

ABŞ Qüds qərarıyla bağlı İsraildən nə istəyib


Qərb sahildə fələstinlilərin etiraz aksiyası, 6 dekabr, 2017-ci il
Qərb sahildə fələstinlilərin etiraz aksiyası, 6 dekabr, 2017-ci il

Birləşmiş Ştatlar İsraildən xahiş edib ki, Qüdsün paytaxtı kimi tanınması qərarına reaksiyasını yumşaltsın. Çünki Vaşinqton bu qərarına kəskin reaksiya gözləyir və ABŞ obyektləri və vətəndaşlarına mümkün təhlükəni götür-qoy edir. Dövlət Departamentinin bu məzmunda sənədini “Reuters” informasiya agentliyi çərşənbə günü – dekabrın 6-da gördüyünü yazır.

Sizin bu xəbəri alqışlayacağınızı anlayıram, amma xahiş edirəm ki, rəsmi reaksiyada təmkin göstərəsiniz”, – tarixi 6 dekabr göstərilmiş sənəddə Təl Əvivdəki ABŞ səfirliyinin diplomatlarından xahiş olunur ki, bu mesajı İsrail rəsmilərinə çatdırsınlar.

*** Buna da bax: Trump deyir ki, Yerusəlimi İsrailin paytaxtı kimi tanıyır

İŞÇİ QRUP YARADILIB

Bu xəbərin Yaxın Şərq və bütün dünyada müqavimətlə qarşılanacağını gözləyirik. Hələ də bu qərarın okeanın o tayındakı ABŞ obyektlərinə və əməkdaşlarına təsirini götür-qoy edirik”, – sənəddə bildirilir.

“Reuters” Dövlət Departamentinin 6 dekabr tarixli daha bir sənədini gördüyünü yazır. Həmin sənədə görə, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra “dünyada baş verənləri izləməkdən ötrü” daxili işçi qrup yaradılıb.

Anonimliyinin saxlanması şərtiylə danışan bir ABŞ rəsmisi deyib ki, “ABŞ hökuməti əməkdaşlarının və ABŞ vətəndaşlarının təhlükəsizliyi sarıdan narahatlıq yaranan istənilən məqamda” işçi qrupun yaradılması bir normadır.

Dövlət Departamenti sənədlərin heç biriylə bağlı şərh verməyib.

Trump ABŞ-ın illərdir davam edən siyasətinin əksinə gedərək Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və bununla da Yaxın Şərq sülh prosesinə təhlükə yaradıb, ölkənin müttəfiqlərini və düşmənlərini eyni dərəcədə məyus edib.

Birinci sənəddə ABŞ-ın Qüdsdəki Baş Konsulluğu, London, Paris, Berlin və Romadakı səfirliklər, Avropa Birliyindəki missiya üzvləri üçün də bəzi qeydlər var.

*** Buna da bax: Trump-ın Qüds qərarının hansı nəticələri ola bilər

“BU ADMİNİSTRASİYA CƏSARƏTLİ ADDIMLAR ATIR”

Sənəddə Avropa rəsmilərindən istənilir ki, bir məsələni nəzərə alsınlar – Trump-ın qərarı İsrail və fələtinlilərin istənilən sülh razılaşmasında müzakirə etməli olduqları “yekun status” məsələləri ilə bağlı qabaqcadan hökm vermək anlamına gəlmir.

Bu qərara beynəlxalq reaksiyaya təsir göstərmək üçün aparıcı mövqedəsiniz və sizdən xahiş edirik ki, Qüdsün hələ də israillilər və fələstinlilər arasında yekun status məsələsi kimi qalması reallığını vurğulayasınız. Tərəflər danışıqlar zamanı İsrailin Qüdsdəki suverenliyinin miqyasını müəyyənləşdirməlidirlər”, – sənəddə vurğulanır.

Bilirsiniz ki, bu, özünəməxsus administrasiyadır. Cəsarətli addımlar atır. Ancaq sülh cəhdləri sonucda uğur qazanacaqsa, bu cəsarətli addımlar da lazım olacaq”, – sənəddə deyilir.

Müsəlmanların, yəhudilərin və xristianların müqəddəs şəhəri olan Qüdsün statusu İsrail-Fələstin sülh sazişinin əldə olunmasında ən böyük əngəllərdən biridir.

*** Buna da bax: Trump-a Qüds xəbərdarlığı

İsrail Qüdsü özünün əbədi paytaxtı sayır və bütün səfirliklilərin orada yerləşməsini istəyir. Fələstinlilər də gələcək dövlətlərinin paytaxtını bu şəhərin şərq sektorunda görür. İsrail şərq hissəni 1967-ci ildə ilhaq edib, ancaq beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

XS
SM
MD
LG