Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:59

Rusiya Misir bazalarından istifadə etmək istəyir


Misir ordusunun tərəfdarları Abdel-Fattah el-Sissi-nin portretini tutublar, 2014-cü il
Misir ordusunun tərəfdarları Abdel-Fattah el-Sissi-nin portretini tutublar, 2014-cü il

Rusiya hərbi təyyarələrinin Misirdəki hərbi bazalardan istifadə etməsinə imkan verəcək ikitərəfli müqavilə layihəsi təsdiqlənib. Bu addım Moskvaya Yaxın Şərqdə hərbi iştirakını gücləndirməyə imkan verəcək.

Razılaşma layihəsini noyabrın 28-də baş nazir Dmitry Medvedev imzalayıb və noyabrın 30-da dərc olunub. Bundan sonra Rusiya Müdafiə Nazirliyi Misir rəsmiləriylə detalları razılaşdırmalıdır.

*** Buna da bax: Misir 29 şəxsi "Türkiyəyə casusluqda və terrorçuluqda" şübhəli bilir​

EL-SİSSİ PUTİN-DƏN SİLAH ALIR

Layihəyə görə, hər iki ölkənin ordusu bir-birinin hava bazalarından beş il müddətinə istifadə edə biləcək. Razılaşmanın müddəti uzadıla bilər.

Rusiya 2015-ci ildə Suriya prezidenti Bashar al- Assad-a hava kampaniyasıyla dəstək verməyə başlayıb, Suriyada hava bazası və donanma təchizatı obyektindən istifadə edib. Bununla Moskva Yaxın Şərqdə profilini gücləndirmiş olub.

Misirə gəlincə, Qahirə 1950-60-cı illərdə Moskvanın yaxın ərəb müttəfiqi idi, o zaman millətçi lideri Gamal Abdel-Nasser Birləşmiş Ştatlardan üz döndərmiş, sovetin dəstəyinə sığınmışdı. Nasser-in varisi Anwar Sadat isə Moskvayla əlaqələri kəsdi və sovet hərbi müşavirlərini ölkədən çıxardı.

Misirin hazırkı prezidenti Abdel-Fattah el-Sissi rusiyalı həmkarı Vıadimir Putin-lə dostluq edir, Rusiyadan silah almağa xüsusi maraq göstərir.

Qahirə bu yaxınlarda Rusiyadan qırıcı təyyarə, vertolyotlar və digər silahların alınmasıyla bağlı müqavilə imzalayıb.

TERRORÇULUQLA MÜBARİZƏDƏ ƏMƏKDAŞLIQ

Rusiyanın müdafiə naziri Sergei Shoigu noyabrın 29-da Qahirədə olub, “hərbi-texniki sferada müsbət dinamika”nı alqışlayıb.

Misirin Sinay adasındakı məsciddə ötən həftə 300 nəfərin öldürülməsinə görə başsağlığı verən Shoigu terrorçuluqla mübarizədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

*** Buna da bax: Misir məscidində qətliam törədilib: Azı 235 nəfər öldürülüb (VIDEO)

Məscidə hücuma görə İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının yerli qanadı məsuliyyəti götürməsə də, dindarları qətlə yetirmiş silahlının üstündə qruplaşmanın qara bayrağı olub.

İŞİD 2015-ci ilin oktyabrında Sinayda Rusiyanın sərnişin təyyarəsinin partladılması, 224 nəfərin ölümünə görə məsuliyyəti üzərinə götürmüşdü.

Moskvayla Qahirə aeroport təhlükəsizliyinin gücləndirilməsi, kommersiya uçuşlarının bərpasıyla bağlı da danışıqlar aparıblar, ancaq hələlik, heç bir razılaşma əldə olunmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG