Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 07:42

Misir 29 şəxsi "Türkiyəyə casusluqda və terrorçuluqda" şübhəli bilir


arxiv

Misir prokurorluğu noyabrın 23-də 29 şəxsin 15 günlüyə həbsi barədə məlumat verib. Prokurorluğun məlumatına görə, həmin şəxslər Türkiyəyə casusluqda və terrorçu qrupların üzvü olmaqda şübhəli bilinir.

Frans Pressin məlumatında deyilir ki, ittihamlra görə, saxlanan şəxslər Misir vətəndaşlarına beynəlxalq telefon xidmətləri təklif edirmiş və bu xidmətlər Türkiyə kəşfiyyatı üçün məlumat toplayırmış.

Məlumatlar isə misirlilərin telefonla danışarkın ölkədəki vəziyyət haqda dediklərindən, şəxsi fikirlərindən ibarət imiş.

Prokurorluq heç bir əlavə məlumat vermir.

XS
SM
MD
LG