Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:47

Əfqanıstan prezidenti Əşrəf Qani bu gün, noyabrın 30-u Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, qonaq Beynəlxalq Hava Limanında xüsusi mərasimlə qarşılanıb.

Əfqanıstan prezidentini maliyyə naziri Samir Şərifov, Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri Həsən Zeynalov qarşılayıblar.

Əfqanıstanın Bakıdakı səfiri Məhəmməd Tağı Xəlil bir neçə gün öncə Əşrəf Qani-nin səfər proqramını açıqlamışdı.

O, bildirmişdi ki, səfər çərçivəsində beş ikitərəfli sənəd imzalanacaq. Sənədlər müxtəlif sahələr üzrə əməkdaşlığı əhatə etməlidir.

Əfqanıstan prezidentinin səfəri noyabrın 30-dan dekabrın 1-ə kimi Bakıda keçirilən Əfqanıstan üzrə «İstanbul prosesi - Asiyanın qəlbi» tədbirlərində iştiraka həsr olunub.

Buna da bax: Azərbaycan-Türkiyə-Pakistan dostluğu

«Asiyanın qəlbi» konfransı hər il xarici işlər nazirləri səviyyəsində keçirilir və «İstanbul prosesi» adlanır. Bu formatda ilk konfrans 2011-ci ilin noyabrında İstanbulda keçirilib.

Əfqanıstana qonşu olan ölkələri (həm bilavasitə həmsərhəd ölkələri, həm də böyük regional oyunçuları) birləşdirən «İstanbul prosesi»nin məqsədi praktik qarşılıqlı inkişaf vasitəsilə bu ölkədə vəziyyətin sabitləşdirilməsinə nail olmaqdır.

Buna da bax: Tiryək istehsalı 87 faiz artıb

«Asiyanın Qəlbi» - İstanbul Prosesinə Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və BMT daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG