Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:38

Prezident Sabirabadda


İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimində iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün, noyabrın 28-də Sabirabad rayonunda da olub.

O, Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimində iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlət başçısına məlumat verib.

Nazir bildirib ki, Azərbaycanda ilk sənaye məhəlləsi prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Neftçalada yaradılıb. Bu ilin sentyabrında dövlət başçısının iştirakı ilə açılışı olan həmin məhəllədə indi 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsində 474 yeni iş yeri açılıb.

Buna da bax: Prezident Tərtərdən Ağcabədiyə gedib

Bundan başqa Masallı və Hacıqabul da sənaye məhəlləsinin yaradılması nəzərdə tutulur.

Prezidenti İlham Əliyev sonra Sabirabad rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.

Daha sonra da Sabirabad rayonunda əsaslı şəkildə bərpa olunaraq yenidən qurulan Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun açılışına qatılıb.

Dövlət başçısı noyabrın 28-i Sabirabaddan öncə Ağcabədi və Tərtər rayonlarında səfərdə olub.

Ölkə başçısının rəsmi internet səhifəsi xəbər verir ki, prezident Ağcabədi rayonda bir sıra obyektlərin açılışına qatılıb.

Buna da bax: Neftçalada avtomobil istehsal ediləcək

Dövlət başçısı səfərinə keçmiş prezident Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etməklə başlayıb. Rayonun İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkə başçısına şəhərdə görülən abadlıq-quruculuq işləri barədə bilgi verib.

İlham Əliyev daha sonra Bayraq Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışına qatılıb.

Prezidentin səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilən 4 nömrəli körpələr evi–uşaq bağçasının və Olimpiya İdman Kompleksinin də açılışı olub.

Açılış mərasimi zamanı prezidentə tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, tikintisinə 2012-ci ilin iyununda başlanılan kompleksin ümumi ərazisi 5 hektardır. Kompleksdə 100 tamaşaçı tutumu olan ikidöşəkli güləş və cüdo, boks, ağır atletika, həmçinin 937 azarkeş yerlik universal idman zalları yaradılıb.

O, səfərinin sonunda Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışına da qatılıb.

Prezident İlham Əliyev bu gün, noyabrın 28-də səhər Tərtər rayonuna səfər etmişdi

O, Tərtər rayonunda da bir sıra obyektlərin açılışına qatılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG