Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:10

“Qarabağ komandiri” Babayana 6 illik həbs kəsilib


Samvel Babayan məhkəmədə, oktyabr, 2017-ci il
Samvel Babayan məhkəmədə, oktyabr, 2017-ci il

Ermənistanda məhkəmə Dağlıq Qarabağda separatçı qüvvələrin keçmiş komandiri Samvel Babayan-ı 6 illik həbs cəzasına məhkum edib. O, silah qaçaqçılığında və çirkli pulyumada təqsirli bilinib.

Məhkəmə hökmü noyabrın 28-də çıxarıb. Babayan-ın müxalifətdəki müttəfiqləri bu ittihamların siyasi motivli olduğunu bildirirlər.

Məhkəmə Babayan-la birlikdə təqsirləndirilən iki nəfəri isə iki və üç illik həbs cəzalarına məhkum edib. Qalan dörd nəfərə şərti cəza verilib.

Babayan 1993-1999-cu illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunda etnik erməni qüvvələrin komandiri olub.

*** Buna da bax: Lavrov Qarabağ danışıqları barədə 'o qədər də nikbin deyil'

IGLA RAKET SİSTEMİ İTTİHAMI

Ermənistanın dəstəklədiyi separatçılar Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarəti ələ keçirib. Münaqişədə 30 minədək adam həlak olub, 1 milyona yaxın qaçqın və məcburi köçkün yaranıb. 1994-cü ildə atəşkəs elan olunsa da, ara-sıra atışmalar, qısamüddətli döyüşlər gedib. Müharibənin həlli üzrə danışıqlar elə bir ciddi nəticə verməyib.

Babayan martda saxlanıb. Ermənistanın Milli Təhlükəsizlik Xidməti “Igla” tipli yer-göy raket qurğusunun Babayan tərəfindən alındığını iddia edirdi.

Babayan-ın saxlanmasından iki həftə sonra parlament seçkisi keçirilib. O, saxlanmamışdan öncə keçmiş müdafiə naziri Seyran Ohanian və iki keçmiş xarici işlər nazirinin rəhbərlik etdiyi müxalifət alyansına dəstəyini bildirmişdi.

ORO adıyla tanınan alyans bu cinayət işinin siyasi motivli olduğunu bildirir.

Babayan və daha altı təqsirləndirilən iyulda məhkəmə qarşısına çıxarılıb. General prokurorların ittihamlarını dəfələrlə rədd edib, silahın çatdırılması üçün digər şübhəlilərə 50 min dollar vəd etmədiyini deyib.

*** Buna da bax: 2 aprel döyüşləri: Qələbəmi, itirilmiş imkanlarmı?

2000-Cİ İLDƏ DƏ MƏHKUM EDİLİB

52 yaşlı Babayan 2000-ci ildə də həbs olunmuş, 14 illik həbsə məhkum edilmişdi. O, Dağlıq Qarabağdakı separatçı hökumətin başçısına uğursuz sui-qəsd planlaşdırmaqda təqsirli bilinmişdi.

2004-cü ildə azadlığa buraxılan Babayan Yerevana köçərək siyasi partiya yaradır. Amma 2007-ci il parlament seçkilərində zəif nəticə göstərəndən sonra 2011-ci ildə Rusiyaya mühacirət edir.

O, 2016-cı ilin mayında Ermənistana qayıdıb, Azərbaycanla münaqişənin yenidən qızışması riskinin artdığını bildirib.

2016-cı il aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, Azərbaycanla Ermənistan bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

O zaman Azərbaycan Müdafiə Nazirliyi 2000 hektardan artıq ərazinin azad edildiyini bildirmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG