Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 18:58

Lavrov Qarabağ danışıqları barədə 'o qədər də nikbin deyil'


Sergey Lavrov (solda) və Edvard Nalbandyan Yerevanda keçirilmiş mətbuat konfransında

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri zamanı deyib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin çözümü üçün “nikbinliyə” elə bir əsas yoxdur.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutuyun yazır ki, Lavrov noyabrın 21-də Yerevanda deyib: “İndi biz amerikalı və fransalı həmkarlarımızla təhlil etməliyik ki, görək prosesinin hansı nöqtəsindəyik. Bundan sonra biz çözümün əldə edilməsi üçün şəraitin yaradılması istiqamətində müəyyən addımlar atmağa çalışacağıq”.

Lavrov daha sonra bildirib: "Mən həddən artıq nikbin olmaq istəməzdim. Bu çox çətin bir məsələdir və biz danışıqlar təcrübəmizdən bilirik ki, bu danışqılar tez bir zamanda başa çatmayacaq”.

Lavrovla birlikdə mətbuat konfransında iştirak edən Ermənistan xarixci işlər naziri Edvard Nalbandyan deyib ki, Ermənistan bu münaqişənin həlli üçün danışıqları “davam etdirmək niyyətindədir”.

"Ermənistan və Rusiya təkcə yaxşı qonşu deyillər"

Sergey Lavrov Yerevana səfəri zamanı həm də prezident Serj Sarkisyanla görüşüb. Bu görüş zamanı Sarkisyan Rusiya-Ermənistan münasibətlərini “həqiqi alyans” adlandırıb.

Yerevanda Rusiya və Ermənistan arasında “tarixi dostluğa” həsr edilmiş sərginin açılışında prezident Putinin məktubu oxunub.

Bu məktubda Putin bildirib ki, Ermənistan və Rusiya sadəcə “yaxşı qonşu deyillər”.

Məktubda deyilir: "Bizi şərikli tarixmiz, əcdadlarımızın qəhrəmanlığından duyduğumuz iftixar hissi, bəslədiyimiz dostluq və qarşılıqlı anlaşma ənənələri bağlayır”.

Lavrov Yerevana Baklıdan gəlmişdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG