Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:38

Əfqanıstan prezidenti Əşrəf Qani noyabrın 30-da Azərbaycana gələcək.

Bu haqda Əfqanıstanın Bakıdakı səfiri Məhəmməd Tağı Xəlil bildirib. Səfirin deməsinə görə, səfər çərçivəsində beş ikitərəfli sənəd imzalanacaq. Sənədlər müxtəlif sahələr üzrə əməkdaşlığı əhatə etməlidir.

Səfər noyabrın 30-dan dekabrın 1-ə kimi Bakıda keçiriləcək Əfqanıstan üzrə «İstanbul prosesi - Asiyanın qəlbi» konfransında iştiraka həsr olunub.

«Asiyanın qəlbi» konfransı hər il xarici işlər nazirləri səviyyəsində keçirilir və «İstanbul prosesi» adlanır. Bu formatda ilk konfrans 2011-ci ilin noyabrında İstanbulda keçirilib.

Əfqanıstana qonşu olan ölkələri (həm bilavasitə həmsərhəd ölkələri, həm də böyük regional oyunçuları) birləşdirən «İstanbul prosesi»nin məqsədi praktik qarşılıqlı inkişaf vasitəsilə bu ölkədə vəziyyətin sabitləşdirilməsinə nail olmaqdır.

«İstanbul prosesi - Asiyanın qəlbi»ndə Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan, BƏƏ və NATO iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG