Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:09

Mafiya boslarının toplantısında 60 nəfər saxlanıb


Kriminal qrup

Ukrayna paytaxtı Kiyevdə polis mütəşəkkil cinayətkar boslarının toplantısında 60-dan çox adamı saxladığını bildirir.

Ukrayna Milli Polisi və xüsusi qüvvələrinin noyabrın 26-da axşam paytaxtın tarixi Pushcha-Vodytsia bölgəsində restoranda reyd keçirdiyi qeyd olunur.

Ukrayna Milli Polisinin bəyanatında deyilir ki, toplantıya “Kiyevdə və ölkənin digər regionlarında duruma nüfuz etməyə qadir” güclü kriminal boslar yığışıb.
https://kyiv.npu.gov.ua/uk/publish/article/380320

Kiyev Milli Polisinin baş direktorluğunun rəhbəri Andriy Krishchenko deyib ki, 60 şübhəli dindirilməkdən ötrü polis qərargahlarına aparılıb.

“Onların çoxunun kriminal tarixçəsi olduğu, həbsxanalarda müxtəlif cinayətlərə görə cəza çəkdikləri bəlli olub”, – Krishchenko deyib.

Krishchenko-nun sözlərinə görə, şübhəlilərlə bıçaqlar və “şübhəli lisenziyalı” tapançalar müsadirə olunub.

O, şübhəlilərin bir neçəsinin sənədlərinin də şübhə doğurduğunu sözlərinə əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG