Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:46

Türkiyə qara siyahıya salına bilər


Türk lirəsi
Türk lirəsi

Gələn ay Avropa Birliyi Türkiyəni vergi cənnətlərinin qara siyahısına sala bilər. Bu addımın Ankarayla dünyanın ən böyük ticarət bloku arasındakı əlaqələri daha da gərginləşdirəcəyi gözlənir. Bu haqda “Bloomberg” yazır.

AB-nin işçi qrupu belə bir qənaətə gəlib ki, Türkiyə şəffaflıq məsələləri və yumşaq vergi rejimlərinin ləğvinə dair öhdəliklərini “yetərincə” icra etmir. Bunu “Bloomberg”ə məsələylə və məxfi sənədlərlə tanış olanlar deyiblər. Bildirilir ki, “Davranış Kodeksi” adlı qrup dekabrın 5-də AB-nin maliyyə nazirlərinə tövsiyə edə bilər ki, Ankaranı öhdəliyə əməl etməyən ölkələrin siyahısına salsın.

*** Buna da bax: Erdoğan 65 ildə Yunanıstana gedən ilk prezident olacaq…Hərçənd 7 il əvvəl orda olub

“MALİYYƏ DAYANDIRILSIN”

İndilik, AB ölkələri bu cür əməkdaşlıq etməyən yurisdiksiyalara maliyyə sanksiyalarının tətbiqində fərqli mövqe tuturlar. Ancaq qara siyahıya salınma Türkiyənin nüfuzunu sarsıda, AB şirkətlərinə bu ölkəyə sərmayə qoymamaqdan ötrü təzyiq güclənə bilər. Fransa da daxil olmaqla bir sıra ölkələr beynəlxalq maliyyənin dayandırılması kimi cəza tədbirlərini dəstəkləyirlər. Hələlik, elə bir qərar verilməyib.

Bu arada Almaniya beynəlxalq inkişaf institutlarındakı nüfuzundan yararlanaraq KfW bank, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyəyə ayırdığı maliyyəni məhdudlaşdırmağa çalışdığı da bildirilir. “Bloomberg” yazır ki, Almaniyanın kommersiya bankları Türkiyəyə görə məruz qala biləcəkləri riskləri nəzərdən keçirirlər. Kansler Angela Merkel-in sözlərinə görə, Türkiyədə demokratik qurumlara təzyiqlərə cavab olaraq, AB bu ölkəyə quruma üzv olanadək göstərdiyi yardımı dayandıra bilər.

Agentlik qeyd edir ki, Türkiyə hələ də qara siyahıdan canını qurtara bilər, amma AB maliyyə nazirlərinin gələn aya planlaşdırılan görüşünədək əlavə öhdəliklərin icrasına yetərincə vaxt qalmır.

Çərşənbə günü işçi qrupun iclasında Böyük Britaniya təmsilçisi deyib ki, Türkiyə AB-nin vacib tərəfdaşıdır. Ancaq ekspertlərin fikrincə, siyahıya düşməməkdən yalnız siyasi qərarla yaxa qurtarmaq mümkündür.

*** Buna da bax: Türkiyədə daha 216 nəfərin həbsinə sanksiya verilib

NAZİR SƏBƏB GÖRMÜR

“Reuters”ə müsahibəsində Türkiyənin maliyyə naziri Naci Agbal deyib ki, AB-nin Türkiyəni belə bir siyahıya salmasına heç bir səbəb yoxdur və Ankara bütün beynəlxalq vergi qaydalarına əməl edir. Onun sözlərinə görə, Türkiyə AB-yə bildirib k, 2019-cu ilədək informasiya paylaşmaq sahəsində bütün gərəkən işi tamamlayacaq. Nazir deyir, Türkiyə ötən həftə AB-yə göndərdiyi məktubda tələb olunanları tamamlamağa boyun olub.

“Bloomberg”in gördüyü AB sənədlərinə görə, Türkiyə məktubu noyabrın 9-da göndərib və bəzi əsas kriteriyaları yerinə yetirməyib. Buraya şəffaflıq öhdəliyi də daxildir. Bundan sonra türk lirəsi bir az da dəyərsizləşib.

AB hökumətlərini təmsil edən səfirlər maliyyə nazirlərinin iclasından öncə siyahını müzakirə etməlidirlər. Noyabrın 21-də hazırlanmış cədvəldə 36 ölkənin adı olduğu bildirilir. Buraya Serbiya, Ermənistan, Kuk adaları, Marşal adaları, Panama, Tunis də daxildir. “Bloomberg” siyahını görüb.

Karib regionunun yeddi yurisdiksiyasına fevraladək vaxt verilib, son dövrlərin qasırğaları nəzərə alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG