Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:41

Erdoğan 65 ildə Yunanıstana gedən ilk prezident olacaq…Hərçənd 7 il əvvəl orda olub


Recep Tayyip Erdoğan son 65 ildə Yunanıstana səfər edən ilk Türkiyə prezidenti olacaq. Bu barədə məlumatı Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu verib.

Rəsmi bildirib ki, dəqiq tarixi hələlik bəlli olmayyan bu səfər yaxın günlərdə baş tutacaq və Yunanıstanla Türkiyə arasında ikitərəfli münasibətlərin yaxşılaşmasına xidmət edəcək.

Çavuşoğlu xatırladıb ki, son vaxtlar yüksək vəzifəli Türkiyə rəsmilərinin Yunanıstana bir sıra səfərləri olub və prezidentin səfəri bu ünsiyyəti bir növ yeni mərhələyə qaldıracaq.

Baş nazirin müavini deyib ki, Ali Əməkdaşlıq Şurasının görüşü Yunanıstanın Saloniki şəhərində, gələn ilin fevralında keçiriləcək.

Bu iclasda iki ölkə arasında iqtisadi və ticarət əlaqələri və bu sahədə yeni layihələr müzakirə olunmalıdır.

Çavuşoğlunun sözlərinə görə bu layihələrdən biri də Türkiyənin İzmir şəhəri ilə Yunanıstanın Saloniki şəhəri arasında bərə nəqliyyatının açılmasını nəzərdə tutur.

İkinci layihə İstanbul və Saloniki arasında yüksək sürətli dəmir yolu rabitəsinin yaradılmasına, üçüncüsü isə Yunanıstanın Kipoy və Türkiyənin İpsala sərhəd keçidləri arasında körpünün salınmasına aiddir.

Türkiyənin üçüncü prezidenti Celal Bayar 1952-ci ildə Yunanıstana səfər etmiş son Türkiyə prezidenti olub.

Elə də böyük sensasiya deyil…

Associated Press Türkiyə mediasının yaydığı bu xəbərin “sensasiyasını” bir qədər azaldıb.

Beləki Erdoğan 2004 və 2010-cu illərdə Yunanıstana səfərlər edib, amma o vaxt o prezident yox, baş nazir idi.

AP yazır ki, Türkiyə və Yunanıstan arasında münasibətlər tarixən o qədər də rəvan olmayıb, lakin Erdoğanın dini təmayüllü hökuməti qonşu ölkə ilə ticarət və turizm kimi sahələrdə əməkdaşlığa kifayət qədər praqmatik baxır.

AP yazır ki, Ankara və Afina arasındakı əlaqələrin yaxşılaşmasına həm də Yunanıstanın baş naziri Aleksis Tsiprasla Erdoğan arasında isti münasibətlərin olması şərait yaradır.

Agentlik xatırladır ki, Yunanıstan və Türkiyə NATO-ya 1952-ci ildə üzv olublar, lakin iki ölkə arasında münasibətlər yalnız 1999-cu ildə hər iki ölkə dağıdıcı zəlzələyə məruz qalandan yaxşılaşıb.

Bu iki ölkə həm də 2015-ci ildə yaranmış miqrant böhranının önlənməsi üçün Avropa ilə birlikdə tədbirlər həyata keçirirlər.

Buna baxmayaraq iki ölkə arasında müəyyən tarixi incikliklər qalır.

Məsələn Afina köhnə adı Konstantinopol olan İstanbuldakı Aya Sofya muzeyində İslam dini ayinlərinin icrasından narazıdır.

Öz növbəsində Türkiyə 15 iyul çevrilişi cəhdindən sonra bir çox qaçaq zabitlərin Yunanıstan torpağına sığınması ilə bağlı narazılıqlarını dəfələrlə ifadə edib.

Və nəhayət ikiyə bölünmüş Kipr adası iki ölkə arasında ən böyük beynəlxalq problem olaraq qalır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG