Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:13

Türkiyədə daha 216 nəfərin həbsinə sanksiya verilib


İstanbuldakı Silivri həbsxana və məhkəmə kompleksi
İstanbuldakı Silivri həbsxana və məhkəmə kompleksi

Türkiyənin hakimiyyət orqanları ötənilki uğursuz çevriliş cəhdi ilə əlaqədə şübhəli bilinən daha 216 nəfərin saxlanması üçün sanksiya verib. Media xəbərlərinə görə onların arasında Maliyyə Nazirliyinin keçmiş əməkdaşları da var.

Xəbər verilir ki, indiyədək Maliyyə Nazirliyinin 17 keçmiş işçisi saxlanıb və daha 65 nəfər Gülenin şəbəkəsi ilə əlaqədə şübhəli kimi axtarışa verilib.

Bundan başqa xəbər verilir ki, ölkənin 40 vilayətində “fərdi imamları” hədəfləyən əməliyyatlar həyata keçirilib. Onlar da ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin şəbəkəsi üçün üzv səfərbərliyi aparmaqda şübhəli bilinirlər.

Ankara Güleni 2016-cı ilin 15 iyulunda baş vermiş çevriliş cəhdinin arxasında durmaqda ittiham edir və ABŞ-dan onun ekstradisiyasını istəyir. Lakin Vaşinqton Ankaranın israrlı ricalarını rədd edir. Gülenə gəldikdə isə o, çevriliş cəhdi ilə əlaqəsi olduğu barədə iddiaları təkzib edir.

Sözü gedən çevriliş cəhdinin ardınca Türkiyədə 50 min nəfər həbs olunub və daha 150 min nəfər işindən kənarlaşdırılıb.

Çevriliş sonrası repressiyaların miqyası insan haqları təşkilatlarını və Türkiyənin Qərb müttəfiqlərini ciddi narahat edir. Onlar ehtimal edirlər ki, prezident Recep Tayyip Erdoğan repressiyalardan siiyasi opponentlərinə divan tutmaq üçün fürsətlənib.

Lakin Türkiyə hökuməti ölkənin üzləşdiyi təhlükəni əsas gətirərək repressiyalara haqq qazandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG