Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 19:01

Avromaydan etirazlarının ildönümüdür


Kiyevin mərkəzindəki abidənin önü, 21 noyabr, 2017-ci il

Ukrayna 2013-cü ilin noyabrında Avromaydan etirazlarının başlanması münasibətilə Şərəf və Azadlıq Gününü qeyd edir. O zaman üç ay davam edən etirazlar prezident Viktor Yanukovych-in hakimiyyətdən getməsiylə sonuclanmışdı.

Prezident Petro Poroshenko, həyat yoldaşı Maryna, baş nazir Volodymyr Hroysman və parlamentin spikeri Andriy Parubiy noyabrın 21-də Kiyevdə Müstəqillik meydanındakı (Maidan Nezalezhnosti) abidə önünə gül qoyub, şam yandırıblar.

Abidə etirazlar zamanı təhlükəsizlik qüvvələriylə toqquşmalarda həlak olanların xatirəsinə ucaldılıb.

2013-cü ildə Yanukovych Avropa Birliyi ilə assosiasiya Sazişinin imzalanmasını təxirə saldığını açıqladı. Bundan sonra Kiyevin mərkəzində etirazlar başladı.

2014-cü ilin fevralında Yanukovych opponentləri ilə sövdələşmə imzalasa da, çox keçmədən Rusiyaya qaçdı.

Bundan sonrasa Moskva Ukraynanın Krım yarımadasını tutdu. O vaxtdan ölkənin şərqində rusiyapərəst separatçılarla hökumət qüvvələri arasındakı toqquşmalarda 10 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG