Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 12:12

Hollivudda etiraz aksiyası keçirilib


Kinorejissor Harvey Weinstein haqqında iddialar səslənən simalardan biridir

Yüzlərlə qadın, kişi və uşaq Los Ancelesdəki Hollivud Bulvarında seks-şoplar və turistik məkanlarda yürüş keçiriblər, onlar bu əyləncə industriyasındakı seksual qısnama və təcavüzə etiraz ediblər.

Noyabrın 12-də keçirilən yürüşdə etirazçılar “İş yerini azad edin” və “#MeToo-dan salamat çıxanlar” şüarları yazılmış köynəklər geyinib, şüar səsləndiriblər.

Etiraz Akademiya Mükafatlarının verildiyi teatrın girişi önündə keçirilib.

Etirazçılar deyiblər ki, Hollivudun güclü simalarıyla bağlı iddia olunan cinsi qısnama və təqib halları haqda maarifləndirməni gücləndirmək istəyirlər.

Son vaxtlar Hollivudun bir neçə tanınmış siması tanınmışlar tərəfindən cinsi qısnama və təcavüz məruz qaldıqlarını iddia ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG