Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:43

Keçmiş Yukos-un təhlükəsizlik şefinin ömürlük cəzası qüvvədə qaldı


Aleksei Pichugin

Rusiya Ali Məhkəməsi keçmiş Yukos neft şirkətinin təhlükəsizlik rəhbəri Aleksei Pichugin-in ömürlük həbs cəzasını qüvvədə saxlayıb.

Ona cəza 10 il qabaq kəsilmişdi. Avropa İnsan Haqları Məhkəməsi iyunda çıxardığı qərarda Rusiya hakimiyyətinin istintaq zamanı Pichugin-in hüquqlarını pozduğunu, onun təqsirsizlik prezumpsiyasını gözardı etdiyini bildirib, hökumətin üzərinə 15 min avroluq cərimə qoyub.

Pichugin 2017-ci ildə ömürlük həbsə məhkum edilib, o, şəhər meri də daxil olmaqla üç nəfərin qətlini təşkil etməkdə təqsirli bilinib. Onlar Yukos-dan daha çox vergi tələb edirmişlər. Pichugin isə təqsirsiz olduğunu bildirib.

Vaxtilə Rusiyanın ən böyük şirkəti olan Yukos 2003-cü ildə dağılıb, onun rəhbəri Mikhail Khodorkovsky maliyyə ittihamlarıyla həbsə atılıb. Ancaq tərəfdarları onun prezident Vladimir Putin-ə meydan oxuduğuna görə cəzalandırıldığını bildiriblər.

Yukos-un aktivləri hərraca çıxarılıb, Rosneft dövlət neft şirkətinin əlinə keçib.

Khodorkovsky 10 il həbsdə qalandan sonra 2013-cü ildə əfv edilib.

Putin Pichugin-in əfv müraciətlərini rədd edib.

Rusiyanın Memorial insan haqları qrupu Pichugin-i vicdan məhbusu elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG