Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:25

Prezidentin iştirakı ilə təntənəli mərasim keçirilib


Bu gün, noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə təntənəli mərasim keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev də mərasimdə iştirak edir. O, mərasimdə çıxış edib.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, «28 May» Neft-Qaz Çıxarma İdarəsinin 10 saylı özülünün rəisi Qədim Əliyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz çıxış ediblər.

Prezident İ.Əliyevin sərəncamı ilə neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə SOCAR vitse-prezidenti Xoşbəxt Yusifzadə birinci dərəcəli «Əmək» ordeni ilə təltif olunub.

Sonda Azərbaycanın neft sənayesinin tarixinə həsr edilən videoçarx nümayiş olunub.

XATIRLATMA

Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidentinin müşaviri Ələkbər Abbasov demişdi ki, yaxın günlərdə hasil olunan neftin həcmi iki milyard tona çatacaq. Onun deməsinə görə, müstəqillik dövründə Azərbaycanda artıq 700 milyon neft hasil olunub:

«Hasil olunan neftin qeydiyyatı başladığı 1871-ci ildən Azərbaycanda iki milyarda tona yaxın neft hasil olunub. İki milyardıncı ton yaxın günlərdə hasil olunacaq. Müstəqillik dövründə hasil olunan neftin 460 milyon tonu «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarından, qalan 240 milyon tonu isə SOCAR tərəfindən müstəqil şəkildə hasil edilib».

Günün bütün mövzuları

XS
SM
MD
LG