Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:02

Son 2 ildə Suriyada 54 min yaraqlı öldürülüb


Suriya, arxiv fotosu
Suriya, arxiv fotosu

Son iki ildə Suriyada 54 mindən çox yaraqlı öldürülüb. Onların içində Rusiya və keçmiş sovet respublikalarından 4 min 200 nəfər də olub. “TASS” agentliyi bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valery Gerasimov-a istinadla xəbər verir.

“Mindən çox yaşayış məntəqəsi azad olunub, qanunsuz silahlı birləşmələrin 54 mindən çox üzvü öldürülüb. Onların içində Rusiyadan 2 min 800, digər sovet respublikalarından 1400 nəfər olub”, – Gerasimov Rusiya Müdafiə Nazirliyində iclasda deyib.

Baş qərargah rəisinin sözlərinə görə, Rusiya hərbçiləri Suriyada yaxşı təlim görmüş düşmənlə üzləşiblər. Terrorçuların Suriya və İrq hökumət qüvvələrindən ələ keçirdiyi 1500 tankı və zirehli maşını, 1200 pulemyotu və minaatanı olub. “Onlar sursat və material qıtlığı görməyiblər, xaricdən daim təchiz ediliblər”, – o söyləyib.

*** Buna da bax: Suriya ordusunun Deir Al-Zora nəzarəti ələ aldığı bildirilir

QRUPLAŞMALAR HÖKUMƏT QÜVVƏLƏRİYLƏ EYNİ SƏVİYYƏDƏ OLUB

“Komandirləri xüsusi düşərgələrdə Qərb təlimçilərinin və bəzi Yaxın Şərq, Qərbi Avropa və Amerika ölkələrindən hərbi müşavirlərin nəzarəti altında təlim keçiblər. Bəzi hallarda həmin ölkələrdən xüsusi qüvvələrin zabitləri qanunsuz hərbi birləşmələrə rəhbərlik edib”, – Gerasimov söyləyib.

General Valery Gerasimov
General Valery Gerasimov

Onun sözlərincə, nizam və təlim səviyyəsinə görə hərbi qruplaşmalar Suriya hökumət qüvvələrinə bərabər olub.

Gerasimov yada salıb ki, əməliyyat başlananda terrorçu qruplar Suriya ərazisinin 70%-dən çoxuna nəzarət edib və bütün istiqamətlərdə irəliləyib. “Silahlı qüvvələrimizin döyüşlərdə iki illik iştirakı zamanı nəinki durumu hökumət qüvvələrinin xeyrinə dəyişə bildik, eyni zamanda ən vacib ərazilərdə böyük qruplaşmaları darmadağın etdik, əsas şəhərləri təmizlədik, böyük kommunikasiya xətlərini yenidən ələ keçirdik”, – o vurğulayıb.

Suriya münaqişəsində Rusiyayla İran Bashar al-Assad hökumətini, Birləşmiş Ştatlarla Türkiyə isə ayrı-ayrı üsyançı qrupları dəstəkləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG