Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:25

Suriya ordusunun Deir Al-Zora nəzarəti ələ aldığı bildirilir


Deir al-Zor şəhəri, 31 oktyabr, 2017-ci il

Suriya ordusu və müttəfiq qüvvələrin ölkənin şərqindəki ən böyük və vacib Deir al-Zor şəhərini İslam Dövləti (İŞİD) silahlı qruplaşmasından aldığı bildirilir.

Məlumatı noyabrın 2-də Suriya İnsan Haqları təşkilatı yayıb.

Londonda mənzillənən qurumun məlumatına görə, Suriya qüvvələri hələ də şəhərin bəzi hissələrini İŞİD yaraqlılarından təmizləməkdədir.

Suriya ordusu şəhərin alınması əməliyyatlarına sentyabrda başlayıb. Onu Rusiya hava zərbələri ilə dəstəkləyir, İranın dəstəklədiyi yaraqlılar və Livanın şiə Hizballah qruplaşması isə orduyla çiyin-çiyinə savaşır.

2014-cü ildən İŞİD ekstremistləri şəhərin böyük hissəsinə nəzarət edib.

Bu şəhər Suriyanın əsas neft çıxarılan vilayətinin paytaxtıdır, Fərat çayı sahillərində yerləşir. İraqla sərhəddə olması və neftə görə İŞİD üçün strateji əhəmiyyət daşıyırdı.

Prezident Bashar al-Assad ölkənin şərq hissəsinə nəzarəti gücləndirir. Ordu son aylar şərqə doğru irəliləyir, vilayətin neft və qaz yataqlarının çoxunu ələ keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG