Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:23

Prezidentin kərə yağına ikinci diqqəti [video]


İlham Əliyevdən yağ göstərişi - Qiymətlər düşəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

İlham Əliyevdən yağ göstərişi - Qiymətlər düşəcəkmi? [A-Live]

Azərbaycan mətbəxi yağlı yeməklərlə məşhurdur, hətta o qədər ki, milli xörəklərdə yağdan çox istifadə prezident İlham Əliyevi də narahat etmişdi, o, yağlı yeməklərin cana ziyan olduğunu demişdi...

Amma görünür, prezident son aylar indi də Azərbaycan vətəndaşlarının yağ ala bilməmələrindən narahat olub. Hər halda Dövlət Gömrük Komitəsinin rəsmiləri belə deyirlər. Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov noyabrın 7-də deyib dövlət başçısının göstərişi ilə Azərbaycana gətirilən kərə yağına idxal rüsumu 15 faizdən 5 faizə endirilib. Və Nazirlər Kabinetinin bu qərarı yaxın bir ay ərzində qüvvəyə minməlidir.

Buna da bax: 'Səhərlər yağdan imtina' - media icmalı

Gömrük Komitəsinin rəsmisi Mirqasım Vahabov APA informasiya agentliyinə deyib ki, Azərbaycanda kərə yağının pərakəndə satış qiyməti də düşəcək, əhali bunu tezliklə hiss edəcək. “Bununla bağlı ölkə başçısının xüsusi tapşırığı var idi və hökumət bununla bağlı dərhal müvafiq addım atdı"

Bakıda, satıcı İqamәt Səmədov deyir ki, hazırda yağın bahalığından özü də şokdadır:

“Əvvəllər beş kilo “Anchor” yağı alan indi bir kiloqram, yarım kiloqram yağ alır. Həddindən artıq çox qalxıb, dəhşətdir. Hər şey şok qiymətindədir. Səbanın yağı öz istehsalımızdı, 10 manata idi, 15 manata qalxıb. Bu qədər olmaz axı. Əvvəllər qalxanda 50 qəpik qalxırdı. Ona görə Allah millətimizi qorusun!”

Buna da bax: DSK yağın qiyməti haqda nə deyir?

Bəs hökumətin bu qərarı ilə yağ nə qədər ucuzlaşa bilər? Gömrük rəsmisi bu barədə məlumat verməyib.

Nazim Baydəmirli
Nazim Baydəmirli

Keçmiş deputat, sahibkar Nazim Bəydəmirli də deyir ki, yağ, qənd də, çay da indikindən xeyli ucuz olardı, əgər bazar, bazar qaydaları ilə tənzimlənsəydi. Onun sözlərinə görə, bazarda inhisarçılar var və yağın yeni qiymətini də onlar diktə edəcək.

“Eyni yağlar həm də Gürcüstana, Dağıstana, Rusiyaya idxal olunur. Bu yağın qiyməti 11-12 manatdan artıq deyil. Deməli, monopoliya var. Müxtəlif şirkətlər bazarı monopoliyaya alıblar, digər şirkətlər bazara məhsul gətirə bilmirlər”.

Buna da bax:​ Əti, yağı bahalandıran... pambıqdı [Ekspert rəyi]

Bundan əvvəl müxalifət ReAl hərəkatından iqtisadçı Natiq Cəfərli hesablamışdı ki, indi 18-20 manata satılan yağ, əslində 10-11 manata ola bilərdi. İndi Natiq Cəfərli hesab edir ki, yağ ortalama bir manat ucuzlaşacaq.

Natiq Cəfərli
Natiq Cəfərli

Rəsmi statistikaya görə, ərzaq son 9 ayda18 faiz bahalaşıb. “Turan” agentliyinin hesablamasına görə, təkcə kərə yağı sentyabr-oktyabr aylarında təqribən 23 faiz, kartof 40 faizə qədər bahalaşıb.

Bakıda sorğu keçirib, sakinlərdən soruşmuşuq ki, bu vəziyyətdə necə dolanırsınız?

Bahalaşmada necə dolanırsız?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Buna da bax: Kərə yağını neçə şirkət gətirir?

Hökumətin tənqidçiləri deyirlər ki, bahalığa səbəb idxaldakı inhisardır və bu inhisarçılar da məmurlara bağlıdır.

Amma Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov APA-ya müsahibəsində başqa səbəb gətirib:

“Qiymətlərin yüksək olmasına görə bir çoxları idxalçıları qınayırdı. Lakin nəzərə almalıyıq ki, kərə yağı Azərbaycana Yeni Zelandiyadan idxal olunur ki, orada da bahalaşma baş verib. Üstəlik, nəqliyyat xərcləri, dolların məzənnəsi kimi faktorlar da nəzərə alınmalıdır".

Buna da bax: Yeni Zelandiyadan Azərbaycana nə qədər yağ gətirilir?

Son aylar kərə yağının qiymətinin artmasından Avropa ölkələrində də şikayətlənirlər. Keçən ay Parisdə böyük supermarketlərin piştaxtalarında yağ satılan bölmələr demək olar boş qalmışdı. Bu vəziyyətdən şirniyyatçılar çoxlu ziyan çəkəcəklərini deyirdilər. O zaman Fransada da rəsmilər vəziyyəti dünya bazarında kərə yağının qiymətinin bahalaşması ilə izah edirlər.

Buna da bax:

Fransada kərə yağı "ceyran belinə" qalxıb
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Amma bundan əvvəl iqtisadçı Natiq Cəfərli hesab edir ki, dünya bazarında qiymət dəyişməsi və nəqliyyat xərcləri qiymətlərin Azərbaycandakı qədər yüksəyə qalxmasına əsas verə bilməz və kərə yağı təqribi hesablamalara görə indiki kimi ortalama 18 manat deyil, 11 manat ola bilər.

Gömrük Komitəsi keçən il açıqlama verib ki, bu ilin sentyabr ayı üzrə yağın orta statistik qiyməti 5.20 ABŞ dolları təşkil edir.

Buna da bax: Alıcılar: 'Təkcə yağ və ət deyil, hər şeyin qiyməti artır...' [video]

Azərbaycanda idxal malları manat dollara nəzərən ucuzlaşandan sonra bahalaşmağa başlayıb.

İqtisadçı Nazim Bəydəmirli deyir ki, Azərbaycanda gömrük rüsumu qonşu ölkələrdən daha yüksəkdir. Onun sözlərinə görə, gömrükdə inhisarçılara qanunsuz güzəştlər qiymətləri daha bahalaşdırır.

Buna da bax: 'Ucuz yağın şorbası... ' – media icmalı

Keçən ay İqtisadi Tədqiqatlar Mərkəzi hesablamışdı ki, 2015-ci ildə Azərbaycanın dövlət büdcəsi 10 ticarət tərəfdaşı olan dövlətlə idxaldan 1.3 milyard manat vəsait itirib, bu vəsait qeydiyyatdan yayındırılıb. Dövlət Gömrük Komitəsi bununla bağlı açıqlama verməsə də, əvvəllər bənzər ittihamları rədd etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG