Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:14

Səudiyyədəki həbslərin pərdəarxası


Kral Salman bin Abdulaziz (sağda) vəliəhd şahzadə Mohammed bin Salman-la, arxiv fotosu
Kral Salman bin Abdulaziz (sağda) vəliəhd şahzadə Mohammed bin Salman-la, arxiv fotosu

Ötən həftəsonu Səudiyyə Ərəbistanında 11 nüfuzlu şahzadə, ordu zabitləri, nüfuzlu biznesmenlər, keçmiş nazirlər həbs olunub.

Əksər beynəlxalq media orqanları yazır ki, taxt-tacın varisi Mohammed bin Salman bununla öz hakimiyyətini gücləndirir.

“ATASININ DƏSTƏYİNİ ALIB”

Rəsmilərsə həbslərin antikorrupsiya kampaniyası çərçivəsində aparıldığını bildirir.

Şənbə günü həbs olunanlar arasında milyarder şahzadə, Qərb şirkətlərində böyük pay sahibi Alwaleed bin Talal da var.

The Associated Press” agentliyi yazır ki, şahzadələrin həbsi hakim Al Saud ailəsində uzun müddətdən bəri mövcud ənənənin sonu deməkdir, axı, hakim ailə narazılıqları gizli saxlayır, ölkənin çoxsaylı tayfa və fraksiyalarına rəğmən güc, birlik sərgiləyirdilər.

*** Buna da bax: Səudiyyə İranı “hərbi təcavüz”də suçlayır

“Bu, həm də onu göstərir ki, 32 yaşlı vəliəhd şahzadə Mohammed bin Salman köklü antikorrupsiya islahatları aparmaq üçün atası Kral Salman-ın tam dəstəyini alıb”, – agentlik yazır.

Səudiyyə hökumətində təhlükəsizlik qüvvələrinə yaxın rəsmi bildirib ki, 11 şahzadə və daha 38 nəfər dindirilməkdədir.

“VİSİON-2030”

Hökumətyönlü media bu qəfil həbsləri Şahzadə Mohammed-in ölkədə islahat aparmaq vədini yerinə yetirməsinin əlaməti kimi alqışlayıb. Şahzadənin “Vision 2030” proqramında ölkənin neftdən asılılığının azaldılması, ultra-mühafizəkar cəmiyyətin bəzi aspektlərinin liberallaşdırılması nəzərdə tutulur.

Krallığın baş ruhani şurası da gecəylə verdiyi bəyanatda korrupsiyayla mübarizəni islami borc adlandırıb.

*** Buna da bax: Səudiyyə Ərəbistanı futuristik şəhər tikməyi planlaşdırır

Agentlik yazır ki, Birləşmiş Ştatların həmin həbslərdə hər hansı rol oynayıb-oynamadığı bəlli deyil. Prezident Donald Trump-ın kürəkəni və Ağ evin məsləhətçisi Jared Kushner və digərləri yaxınlarda Ər-Riyada qəfil səfər ediblər. Şənbə günü isə Trump-ın Kral Salman-la danışdığı açıqlanıb. Ağ evin həmin telefon söhbəti haqda məlumatında gözlənən həbslərlə bağlı məlumat yoxdur.

Saxlananlar arasında mərhum kral Abdullah-ın iki oğlu da var – şahzadə Miteb bin Abdullah və şahzadə Turki bin Abdullah. Şahzadə Miteb vaxtilə taxt-taca iddialı sayılsa da, Şahzadə Mohammed-ə rəqib hesab olunmurdu. Şahzadə Turki isə vaxtilə Ər-Riyadın valisi olub.

Təhlilçilərin fikrincə, kral ailəsinin vaxtilə toxunulmaz üzvlərinin həbsi vəliəhd şahzadənin taxta potensial rəqiblərini sıradan çıxardığını göstərir.

*** Buna da bax: Səudiyyədə qadınlar stadiona buraxılacaq

“KONSENSUS POZULUR”

Bu həbslər hakim ailə içindəki konsensusun pozulduğunu üzə çıxarır. Sinqapurdakı S. Rajaratnam Beynəlxalq Araşdırmalar Məktəbinin aparıcı əməkdaşı James DorseyReuters” agentliyinə deyib.

“Şahzadə Mohammed alyans yaratmaqdansa, hakim ailə, ordu, Milli Qvardiya üzərində hakimiyyətini gücləndirir, çünki onun islahatlarına və Yəmən müharibəsinə müxalifət məhz ailə daxilindən və ordudan çıxa bilər”, – təhlilçi deyib.

Digər təhlilçi Joseph Kechichian-ın fikrincə, istənilən halda, Al Saud dinastiyasının maraqları qorunacaq.

“Həm Kral Salman, həm də onun varisi Mohammed bin Salman bu maraqlara tam sadiqdirlər. Onların istədiyi hakim isteblişmenti tədricən modernizə etməkdir, təkcə 2030-cu ilədək deyil, ondan sonra üçün da”, – o, agentliyə bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG