Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:48

Səudiyyə İranı “hərbi təcavüz”də suçlayır


Yəmən, arxiv fotosu
Yəmən, arxiv fotosu

Səudiyyənin rəhbərlik etdiyi hərbi koalisiya, Yəməndə şiə husi yaraqlılarının ər-Riyada doğru ballistik raket atmasına görə İranı ittiham edir. Səudiyyə İrana xəbərdarlıq edib ki, bu “müharibə hərəkəti” sayıla bilər və “cavab vermək” hüququnu saxlayır.

Noyabrın 6-da yayılmış bəyanatda deyilir ki, “bu məsələdə İranın rolu və husilərə birbaşa komandanlıq etməsi qonşu ölkələri hədəfləyən təcavüz hərəkətidir, regionda və qlobal miqyasda sülhə və sabitsizliyə təhlükə yaradır”.

“Koalisiya komandanlığı onu da təsdiqləyir ki, krallıq İrana uyğun zamanda və uyğun yolla cavab vermək hüququnu saxlayır”, – bəyanatda vurğulanır.

Ər-Riyad tərəfə ballistik raket atılandan sonra Səudiyyə koalisiyası Yəmənin quru, dəniz və hava çıxışını bağlayıb. Koalisiya bildirib ki, humanitar qrupların işi “nəzərə alınacaq”.

*** Buna da bax: Səudiyyə xarici casus şəbəkəsini dağıtdığını bildirir

Koalisiya İranı husi yaraqlılarına raket verməkdə ittiham edir. Səudiyyə raketi vurub saldığını bildirir.

XATIRLATMA

Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Misir, İordaniya, Mərakeşə, Seneqal və Sudan Səudiyyənin rəhbərlik etdiyi koalisiyaya yardım göstərir.

Koalisiya 2015-ci ildə husi yaraqlılarına qarşı yaradılıb. 2014-cü ildə husilər Yəmənin Səudiyyənin dəstəklədiyini hökumətini devirmişdilər.

Səudiyyədən gələn bəyanatı Tehran, hələlik, şərh etməyib. Ancaq İranın müdafiə naziri daha öncə bildirmişdi ki, raketin buraxılmasında əli yoxdur.

Sünnilərin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanıyla şiə İranı qatı düşmənlərdir.

ABŞ prezidenti Donald Trump İranı Yaxın Şərqdə terror qruplarını dəstəkləməkdə ittiham edib.

XS
SM
MD
LG