Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 07:28

Səudiyyə xarici casus şəbəkəsini dağıtdığını bildirir


Səudiyyə Ərəbistanı, Məkkə. 31 avqust, 2017

Səudiyyə Ərəbistanı sentyabrın 12-də bildirib ki, İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının sui-qəsdinin qarşısı alınıb, üstəlik, xarici casus şəbəkəsi də dağıdılıb.

Təhlükəsizlik rəsmilərinin dövlət mediasına bildirdiyinə görə, krallıqda yaşayan iki yəmənli paytaxt Ər-Riyadda müdafiə nazirliyinin binalarını partlatmağı planlaşdırıblarmış. Hücumda əli olmaqda şübhəli bilinən iki səudiyyəli də saxlanıb.

Buna da bax:​ İŞİD-ə biət ittihamıyla 11 və 13 il həbs aldılar

Rəsmilər əməliyyat zamanı qumbaraların, odlu silahların ələ keçirildiyini bildirirlər.

Səudiyyə Yəmən prezidenti Abedrabbo Mansour Hadi-ni dəstəkləyən ərəb koalisiyasına rəhbərlik edir. Yəmən hökuməti İranın dəstəklədiyi husi yaraqlıları ilə savaşır.

İŞİD illər boyu Səudiyyə ərəbistanı rəhbərliyini tənqid edib, onu Birləşmiş Ştatların maraqlarını irəlilətməkdə suçlayıb.

Casus şəbəkəsinin isə “səudiyyəlilər və əcnəbilərdən” təşkil olunduğu, “qiyam alovlandırmaq” niyyəti güddüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG