Keçid linkləri

Təcili xəbərlər
2023, 03 İyun, şənbə, Bakı vaxtı 11:44

Səudiyyədə qadınlar stadiona buraxılacaq


Səudiyyəli qadın, arxiv fotosu

-

Səudiyyə Ərəbistanı bildirir ki, yeni ildən qadınların idman stadionlarına girişinə icazə veriləcək.

Baş İdman İdarəsi (GSA) oktyabrın 29-da bu qərarı elan edib.

Bu ultra-mühafizəkar Körfəz ölkəsində qadınlara yasaqlar getdikcə yüngülləşdirilir. Sentyabrda hökumət ilk dəfə olaraq qadınlara maşın sürməyə icazə verib.

Bu dəyişikliklər vəliəhd Şahzadə Mohammed Bin Salman-ın “Vision 2030” islahatlar planı çərçivəsində gerçəkləşdirilir. Bəzi qanunların nəzərdə tutduğu məhdudiyyətlər yüngülləşdirilir, ölkənin ənənəvi neftdən kənar inkişaf yolları araşdırılır.

*** Buna da bax: Səudiyyə Ərəbistanı futuristik şəhər tikməyi planlaşdırır

GSA Twitter-də bildirib ki, “Ər-Riyad, Ciddə və Dammamda üç stadionun 2018-ci ilin əvvəlindən ailələri qəbul edə bilməsindən ötrü hazırlıqlara başlayır”.

Mövcud qanunlara görə, ailənin kişi üzvü qadının təhsil, səyahət, digər fəaliyyətdə iştirakına icazə verməlidir.

Media məlumatlarına görə, yaxın gələcəkdə ölkədə kinoteatrlarla qadağa da qaldırıla bilər.

*** Buna da bax: Kral qadınların maşın sürməsinə icazə verdi

XS
SM
MD
LG