Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 12:47

Kral qadınların maşın sürməsinə icazə verdi


Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı kralı qadınların maşın sürməsinə icazə verən qərar imzalayıb.

Sentyabrın 26-da rəsmi SPA agentliyinin yaydığı qərarda Nazirlər Şurasının yaradılmasına göstəriş verilir. Şura 30 gün ərzində kral sarayına bu yöndə müşavirlik edəcək, gələn ilin iyununadək fərman icra olunmağa başlayacaq.

Agentlik bildirir ki, qərarla nəqliyyat qaydalarının icrası, qadınlar və kişilərə eyni cür sürücülük vəsiqəsinin hazırlanması nəzərdə tutulur.

Səudiyyə qadınlara maşın sürməyin qadağan olunduğu yeganə ölkəydi.

1990-cı illərdən başlayaraq fəallar qadınların bu hüququnun bərpası uğrunda mübarizə aparıblar.

Krallığın yaxın müttəfiqlərindən olan Birləşmiş Ştatlar bu qərarı «düzgün yöndə böyük addım» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG