Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:59

Müxalif siyasətçinin qardaşı güllələnib


Ulan Salyanov-un öldürüldüyü ev.

Qırğızıstanın keçmiş baş prokuroru və müxalif siyasətçisi Aida Salyanova-nın qardaşı Bişkekdəki evində güllələnərək öldürülüb.

Daxili İşlər Nazirliyi noyabrın 6-da bildirib ki, bir neçə maskalı şəxs gecə 42 yaşlı Ulan Salyanov-un evinə girərək ona atəş açıb. Nazirlik bu qətldə hər hansı siyasi motivasiyanı rədd edib, təhqiqat getdiyini vurğulayıb.

Təxminən bir ay öncə Bişkek məhkəməsi Aida Salyanova-nı vəzifəsindən sui-istifadədə təqsirli bilərək ona beş illik həbs cəzası kəsib, ancaq 12 yaşlı qızı 14 yaşa çatanadək onun həbsini ertələyib.

Salyanova müxalifətin Ata-Meken (Ata yurdu) partiyasının aparıcı üzvüdür. O, təqsirsiz olduğunu deyir, özünə qarşı ittihamları siyasi motivli sayır.

Martda bu partiyanın rəhbəri Omurbek Tekebaev həbs olunmuşdu. Tərəfdarları ona qarşı rüşvətxorluq iddialarını qondarma adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG