Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:14

Dövlət sərhəddində təxribat törədildiyi bildirilir


Arxiv fotosu

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla dövlət sərhədində təxribat törətdiyi bildirilir.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanır ki, bu gün, noyabrın 2-si saat 12:30 radələrində Tovuz rayonunun Qaralar kəndini Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan atəşə tutub.

Qaralar kəndinin qarşı tərəfdən - Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərdən hədəfə alındığı bildirilir.

Buna da bax:​ Rusiya silah almaq üçün Ermənistana 100 milyon dollarlıq yeni kredit verir

Nazirlik qeyd edir ki, təxribatın miqyasının genişlənməməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin həmin istiqamətdə yerləşən bölmələri təxirəsalınmaz tədbirlər görüb.

Noyabrın 2-si Azərbaycan müdafiə naziri Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə də görüşüb.

Buna da bax: Cəbhədə nə baş verir? [video]

Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyəti, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ətraf 7 rayon və bəzi əlavə kəndləri işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG