Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:39

Bu gün, noyabrın 2-si Bakıda VIII Avropa Film Festivalı başlayır. Festival Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin, bu birliyə üzv ölkələrin və eləcə də Norveçin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilir.

AB-nın Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, festival proqramına 21 film daxildir. Onlar Azərbaycan, Böyük Britaniya, Norveç, Belçika, Bolqarıstan, Çexiya, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç filmləridir.

Festivala Avropanın film rejissorları da qatılır. Qonaqlar arasında Bolqarıstandan Dimitar Kotzev, Belçikadan Kadır Balcı, Portuqaliyadan Joao Nikolau və Hollandiyadan Yoram Lürsen da olacaq. Onların Bakıda ustad dərsləri keçməsi də planlaşdırılır.

Film festivalı noyabrın 12-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG