Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:35

İran obyektlərində nüvə təftişinə “problem yoxdur”


Yukiya Amano, 30 oktyabr, 2017-ci il

-

BMT-nin nüvə müfəttişləri İranda obyektlərin təftişində problemlə üzləşməyiblər. Bunu qurumun atom enerjisi agentliyinin rəhbəri oktyabrın 30-da deyib. Söhbət Tehranın 2015-ci il nüvə sazişə necə əməl etməsini yoxlamaqdan gedir.

“Müfəttişlərimiz heç bir problemlə üzləşməyiblər”, – agentliyin rəhbəri Yukiya Amano Abu Dabidə keçirilən nüvə enerjisi konfransı çərçivəsində jurnalistlərə danışıb.

ABŞ BMT-nin nüvə agentliyini İranın obyektlərinin təftişində sərt davranmağa çağırıb və agentliyin İranda hərbi obyektlərə girməyə səlahiyyətinin çatıb-çatmadığını sual edib.

ABŞ prezidenti Donald Trump nüvə sazişi çərçivəsində təftiş rejimini “zəif” adlandırıb və bu ay İranın sazişi yerinə yetirməsinə zəmanət verməyib.

Amano isə administrasiyanın iddialarına qarşı çıxır, “İranın dünyada ən sərt nüvə təftişi rejiminə məruz qaldığını” bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG