Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:13

Kataloniya böhranı – nə gözlənir


Barselonada ölkənin parçalanmasına qarşı çıxanların etirazı, əllərində "Kataloniya İspaniyadır" plakatı tutublar, 27 oktyabr, 2017-ci il
Barselonada ölkənin parçalanmasına qarşı çıxanların etirazı, əllərində "Kataloniya İspaniyadır" plakatı tutublar, 27 oktyabr, 2017-ci il

-

Cümə günü İspaniya Kataloniya regional hökumətini, parlamentini buraxıb və dekabrın 21-nə növbədənkənar seçki təyin edib. Ölkə son 40 ilin ən pis siyasi böhranını yaşamaqdadır.

“Reuters” informasiya agentliyi bir neçə gün ərzində baş verə biləcək bir neçə ssenaridən söz açır.

Baş nazir Mariano Rajoy regionun prezidenti Carles Puigdemont və onun müavini Oriol Junqueras-ı vəzifədən kənarlaşdırıb, region üzərinə birbaşa nəzarəti ələ alıb. 21 dekabr seçkisinədək mərkəzi hökumət nazirlikləri Kataloniya üzərində birbaşa hakimiyyəti idarə edəcəklər.

*** Buna da bax: Kataloniyanın işdən qovulan prezidenti geri çəkilmir

RƏY SORĞULARI

Ancaq seçkinin böhranı həll edib-etməyəcəyi aydın deyil. “El Periodico” qəzetinin bazar günü dərc etdiyi rəy sorğusuna görə, növbədənkənar seçkinin nəticələri 2015-ci il seçikindən fərqlənməyə bilər, o zaman müstəqillik tərəfdarı olan partiyaların koalisiyası azlıq hökumətini formalaşdırdılar.

Digər rəy sorğuları isə Kataloniya əhalisinin müstəqillik tərəfdarları və əleyhdarları arasında parçalandığını göstərib

Regionun əsas separatçı qrupları vətəndaş itaətsizliyinə çağırıblar. Onlar dövlət qulluqçularına təlimat veriblər ki, Madriddən gələn əmrlərə tabe olmasınlar, dinc müqavimətlə cavab versinlər. Bu çağırışlara əməl olunacaqmı – bəlli deyil.

İspaniya hökuməti həbslər planlaşdırmadığını bildirib, ancaq regional administrasiya vəzifədən getməkdən imtina edəcəyi halda hansı tədbirlərin görüləcəyi də açıqlanmayıb.

Getdikcə daha çox təhlilçini bir məqam narahat edir – oktyabrın 1-də müstəqillik referendum keçirilərkən zorakı taktikaya əl atan ölkə polisi müdaxilə qərarı verərsə, bu, fiziki qarşıdurmaya apara bilər.

*** Buna da bax: Kataloniya şirkətlərini boykot edirlər

POLİS

Birbaşa idarəçiliyin gerçəkləşməsində əsas problemlərdən biri Kataloniyanın özünün polis qüvvəsinə – Mossos d‘Esquadra-ya aiddir.

Rajoy deyib ki, Mossos-in rəhbəri işdən çıxarılacaq.

Amma Mossos-da müstəqillik tərəfdarı olan qrup mərkəzi hökumətin təlimatlarına əməl etməyəcəyini, nazirləri, deputatların vəzifədən kənarlaşdırılmasında gücə əl atmayacağını bildirib.

Bir neçə zabit “Reuters”ə deyib ki, 17 min nəfərlik polis müstəqillik istəyənlər və ona qarşı çıxanlara bölünüb.

Mossos-un rəhbəri hazırda separatçılıq ittihamlarıyla istintaq altındadır, görünür, polis yeni şefindən birbaşa əmrlər almalı olacaq. Gərəkərsə, Mossos zabitlərini ölkə polisi əvəzləyə bilər.

*** Buna da bax: Kataloniyada müstəqillik tərəfdarları banklardan pulları çıxarmağa çağırıblar

MALİYYƏ VƏ İCTİMAİ MEDİA

İqtisadiyyat Nazirliyi artıq regional filiallar üzərində nəzarəti gücləndirib, dövlət vəsaitinin separatçılıq işlərinə xərclənməməsinə çalışır, əsas xidmətlərə ödənişlər birbaşa edilir.

Madrid maliyyə nəzarətini də tam ələ almalıdır.

Bəzi şirkətlər narahatdırlar ki, Kataloniyanın yeni xəzinədarlığı vergi qoymağa başlaya bilər, bu halda vergi bazalarını regiondan çıxarmağa çalışacaqlar.

Bir variant da mümkündür – müstəqillik istəyən katalonlar İspaniya xəzinədarlığına vergi ödənişlərini dayandıra bilərlər.

Mediaya gəlincə, İspaniya hökuməti bildirib ki, populyar TV3 ictimai televiziyasına nəzarət edəcək, ancaq sonucda bu plandan əl çəkib.

Kataloniyada yeni seçki öncəsi medianın vacib rol oynayacağı gözlənir.

Kataloniyada İspaniya əhalisinin 16 faizi yaşayır, regionun öz dili və fərqli mədəniyyəti var. Bur region ölkə iqtisadiyyatının beşdə birini təşkil edir.

Oktyabrın 1-də səsverməyə gedən 43 faiz seçicinin əksəriyyəti müstəqilliyə səs verib.

AzadlıqRadiosunda iş imkanları

AzadlıqRadiosunda iş imkanları

AzadlıqRadiosuna

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG