Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:08

Kataloniyanın işdən qovulan prezidenti geri çəkilmir (Yenilənib)


Kataloniyanın İspaniyadan ayrılmasına qarşı olan etirazçı. (Arxiv)

Kataloniyanın işdən çıxarılan prezidenti Karles Puçdemon mərkəzi hökumətin qərarlarına qarşı çıxıb, "azad ölkə qurmaq yönündə işləri davam etdirəcəyini" deyib.

Bundan əvvəl İspaniya hökuməti Kataloniyanın muxtariyyətini ləğv edib, onun parlamentini buraxıb, vilayətin birbaşa Madriddən idarə olunacağını elan edib.

***

İspaniya hökuməti separatçı Kataloniya bölgəsinin prezidenti Karles Puçdemonun səlahiyyətlərini başqa şəxsə verib.

Bu, İspaniya baş nazirinin müavini Soraya Saens de Santamariyadır.

Mərkəzi hökumət bu addımı Kataloniyanın öz müstəqilliyini elan etməsindən sonra atıb.

Bundan başqa Kataloniyanın idarəetmə strukturları da İspaniyanın mərkəzi hökumətinin nəzarətinə keçməlidir.

Amma hələ ki Kataloniyanın buna reaksiyası bəlli deyil.

Mərkəzi hökumət bildirir ki, Puçdemon vəzifədən getməkdən imtina etsə, ona qarşı "hakimiyyətin qəsbi" maddəsi ilə cinayət işi açılacaq.

Mərkəzi hökumət Kataloniyanın polis rəisiini də işdən çıxardığını elan edib.

Kataloniya müstəqilliyini bəyan elədi
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

İspaniyanın baş naziri Mariano Rajoy deyib ki, Kataloniyada dekabrın 21-də yeni seçkilər keçiriləcək.

Baş nazir bildirib ki, oktyabrın 26-can Puçdemonun "qanunlara hörmət göstərmək üçün" vaxtı olub, amma buna etməyib.

Rajoy hesab edir ki, Kataloniya əhalisinin böyük hissəsi İspaniyanın bölünməzliyinin tərəfdarıdır və Kataloniyanın müstəqilliyini istəmir.

Onun fikrincə, müstəqilliyin elanı "kədərli hadisədir" və yalanlara, saxtakarlığa əsaslanır.

Soraya Saenz de Santamaria
Soraya Saenz de Santamaria

Kataloniya isə bildirir ki, müstəqillik referendumunda seçicilərin 43 faizi iştirak edib və onların əksəriyyəti İspaniyadan ayrılmağa səs veriblər.

İspaniyanın baş naziri Kataloniyadakı bütün xarici nümayəndəliklərin bağlanacağını, yalnız Avropa Birliyinin nümayəndəliyinin saxlanacağını deyib.

Bundan əvvəl Avropa Birliyinin nümayəndələri də Kataloniyanın öz müstəqilliyini elan etməsinə münasibət bildiriblər.

Onlar deyiblər ki, İspaniyanın mərkəzi hökuməti ilə əməkdaşlıq edəcəklər.

ABŞ da İspaniyanın bütvlüyünü dəstəkləyib.

XS
SM
MD
LG