Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:33

-

Rusiya Avropa Birliyi, ABŞ, Kanada və bir sıra digər ölkələrdən diri donuz və donuz məhsulları idxalını dayandırır. Bu barədə hökumət sərəncam verib.

Qadağa 2018-ci il dekabrın 31-dəл AB, ABŞ, Kanada, Avstraliya, Norveç, Ukrayna, Albaniya, Monteneqro, İslandiya və Lixtenşteyn üçün qüvvədə olacaq.

Rəsmilər əmin edirlər ki, bu məhdudiyyətlər ölkədə daxili tələbatın ödənməsinə təsir göstərməyəcək.

Rusiya 2914-cü ilin avqustunda ABŞ, AB, Kanada, Avstraliya və Norveçdən ərzaq idxalına məhdudiyyətlər qoyub. Kreml bunu Qərbin sanksiyalarına cavab olaraq gerçəkləşdirdiyini bildirib. Qərb sanksiyaları Moskva Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra qoyub.

İyunda Rusiya ərzaq embarqosunu gələn ilin sonunadək uzatmışdı.

2015-ci ilin iyulunda prezident Vladimir Putin sanksiyalaşdırılmış məhsulların məhvi barədə sərəncam imzalayıb. Həmin ilin avqustundan Rusiyaya Qərbin sanksiyalarına rəğmən keçirilmiş 17 min tonadək məhsul məhv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG